Arxiv
11 Oktyabr 2021, 18:30 | MƏDƏNİYYƏT
Din xadimlərindən İranın təxribatlarına cavab: “Azərbaycana qarşı olanlar cildə girən ermənilərdi”

İranın müxtəlif dairələrinin təxribatı ucbatından ölkəmizlə xeyli müddətdir davam edən gərginlik yenə cənub qonşumuzun artan təxribatları sayəsində gündən-günə pisləşməkdə davam edir.

 

Siyasi müstəvidə İran təxribatlarına ciddi cavablar verilsə də, təəssüf ki, dini müstəvidə irad bildirilmir. Halbuki Azərbaycana qarşı təxribat ilkin olaraq dini müstəvidə edildi.

 

Azərbaycanla eyni dinə mənsub olan İran dövlətinin bu cür düşmənçiliyi din xadimləri tərəfindən tənqid edilməli olduğu halda bu cəbhədə sakitlik hökm sürür. Doğrudanmı baş verənlərin azərbaycandakı dindarlara heç bir dəxli yoxdur?

 

Əslində onlar susmaqla az qala Azərbayucana qarşı olan təxribatlara dəstək vermiş olurlar.

 

Bundan əvvəl məsələ ilə bağlı müraciət etdiyimiz din adamları dolayısıyla suallarımızı cavablandırmadılar.

 

 

Bu dəfə isə başqa dini xadimlərə müraciət etdik.

 

Bibiheybət məscidinin axundu Rahib Babayev düşünür ki, hər bir vətəndaş, eyni zamanda dindar üçün Azərbaycan əsasdır: "Həmişə ölkəmizin yanında olmuşuq. Dini, siyasi məqamlarda ölkə başçısının, Ali Baş Komandanın qərarlarını dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Ümid edirəm ki, zaman göstərəcək, ölkə Prezidentinin də düşünülmüş siyasəti nəticəsində İranla gərginlik həllini tapacaq. Biz ölkəmizə qarşı yönələn bütün təxribatları pisləyirik".

 

Cəlilabad şəhər Cümə məscidinin axundu Hacı Mahmud Əsgərov da hər bir din xadiminin xidmət etdiyi dövlətin daxili və xarici siyasətini dəstəkləməli olduğunu söyləyib: "Biz azərbaycanlıyıq, bir vətəndaş kimi dövlətimizin bütün siyasətini dəstəkləyirik. Bu bizim üçün bu, həm maraqlıdır, həm də önəmlidir. Vətəndaş olaraq İranın bu hərəkətlərini pisləyirik".

 

Gəncə şəhər Həzrəti Zeynəb Məscidi dini icmasının sədri Rəhilə Cəfərova deyir ki, İranda Azərbaycana qarşı mənfi münasibət formalaşdıran düşmənlər var: "Həmin şəxslər müsəlman ola bilməz. Yəqin ki, farsların içərisində cildə girən ermənilərdir. Oradakı soydaşlarımız belə təxribatlardan əziyyət çəkməməlidirlər. İslam dinində din qardaşına qarşı düşmənçilik lənətlənir. Azərbaycana qarşı, müsəlmanlara qarşı çıxanlar utansınlar. İranda məncə, ermənilər həddindən çoxdur, bu işlər də onların təxribatdır".

 

Quba şəhər Cümə məscidinin imamı Ənvər Həmdi Seyidov düşünür ki, farsların içərisində olan erməni əsillilər İranın bu cür təxribatlarında aparıcı rol oynayır: "İranda bizim soydaşlarımız yaşayır, onların Azərbaycana münasibətində mənfi yanaşma ola bilməz. İran və Azərbaycan arasında münasibətləri pisləşdirən farslardır. İranın Azərbaycanı gözü götürmür. Farsların bizə qarşı münasibəti inanmıram yaxşı olsun. Amma İslam dini sülhü və bərabərliyi təbliğ edir. Ümid edirəm ki, İran təxribatlarından əl çəkər".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“ASAN müraciət”in Əsasnaməsi TƏSDİQLƏNDİ   9 Dekabr 2021, 15:20 Vidadi Muradov çayçını şirkət direktoru təyin edib - MƏHKƏMƏ 9 Dekabr 2021, 15:14 Nazirlikdəki islahatlar davamlı olacaq 9 Dekabr 2021, 15:10 Spiker Mustafa Şentopla görüşüb 9 Dekabr 2021, 15:06 Aşıq Ələsgərin nəvəsinin təklifinə metropolitendən REAKSİYA 9 Dekabr 2021, 15:00 Nizami rayonuna su verilməyəcək 9 Dekabr 2021, 14:55 Ruslan Əliyev sualları cavablandıracaq 9 Dekabr 2021, 14:50 Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu 9 Dekabr 2021, 14:45 Azərbaycan hər zaman zəfərlərə yol açacaq 9 Dekabr 2021, 14:40 İranda 78 nəfər koronavirusdan öldü 9 Dekabr 2021, 14:36 Tovuz çayı üzərində körpü tikilir - FOTOLAR 9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?