Modern.az

Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində 

Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində 

Aktual

17 Oktyabr 2021, 11:08

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Avropa klublarının maraq dairəsinə düşüb.

 

Modern.az arici KİV-lərə istinadla xəbər verir ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) komandalarının skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər.

 

Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

 

Skautların siyahısında Emreli ilə yanaşı, onun komanda yoldaşları Mayk Navrotski və Mateuş Veteskanın, həmçinin qonaqlardan Yakub Kaminski, Mikael İshak və Lyubomir Şatkanın da adları var.

 

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi