Arxiv
19 Oktyabr 2021, 14:00 | AKTUAL
Botanika İnstitutuna direktor əvəzi təyin edildi

AMEA-nın Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə institutun direktoru vəzifəsini icra edən təyin edilmiş, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva kollektivə təqdim olunub.

 

İnstitutdan Modern.az-a verilən məlumata görə, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq bildirib ki, 85 ildən artıq fəaliyyət göstərən Botanika İnstitutu Akademiyanın qabaqcıl müəssisələrindən biri olaraq elmi nailiyyətləri ilə hər zaman seçilib,botanika elminin inkişafında və elmi kadrların yetişdirilməsində böyük rol oynayıb.

 

O qeyd edib ki, ötən illər ərzində əsaslı inkişaf yolu keçən Botanika İnstitutunun fəaliyyəti bundan sonra da professor S.İbadullayevanın rəhbərliyi altında uğurla davam etdiriləcək.

 

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvu Novruz Quliyev S.İbadullayevanın ictimai, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən bəhs edib. Onun rəhbər kimi fəaliyyətinin İnstituta uğurlar gətirəcəyinə əminliyini ifadə edib.

 

İnstitutun əməkdaşları AMEA-nın müxbir üzvü Xəlil Qasımov, professor, Eldar Novruzov, Naibə Mehdiyeva, Rəşad Səlimov çıxış edərək yeni təyinat münasibətilə S.İbadullayevanı təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıblar.

 

Sonda çıxış edən İnstitutun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva kollektivi salamlayaraq ona göstərilən etimada görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib, institutun rəhbəri kimi qarşısında duran vəzifələrin yerinə yetirilməsində var qüvvəsi ilə çalışacağını vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?