Modern.az

Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi

Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi

Aktual

19 Oktyabr 2021, 20:51

Rusiyanın Monteneqrodakı səfirliyi milliyətcə azərbaycanlı iş adamı, “Çerkizov” bazarı və “Praqa” restoranının keçmiş sahibi Telman İsmayılovun ekstradisiyası üçün lazım olan materialları bu ölkənin istintaq orqanlarına təqdim edib.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu oktyabrın 15-də onun ekstradisiyasını istəyib.

 

Xatırladaq ki, Telman İsmayılov oktyabrın 1-də Monteneqroda saxlanılıb. O, 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Telman İsmayılov iki sahibkarın qətlində ittiham olunur.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü