Modern.az

Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası

Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası

21 Oktyabr 2021, 16:36

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib. 21 337 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, bu günə qədər isə ümumilikdə 5 069 352 test icra olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı