Modern.az

İctimai Şuraya seçkilərdə NARAZILIQ YARANDI

İctimai Şuraya seçkilərdə NARAZILIQ YARANDI

Aktual

22 Oktyabr 2021, 14:59

Bu gün Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib.

 

Modern.az xəbər verir ki, QHT.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, iclasda İctimai Şuraya seçilmiş 13 üzv iştirak edib və  qurumun rəhbər orqanlarının seçilmə məsələsinə baxılıb.

 

İctimai Şuranın sədrliyinə Elçin Axundzadə (“Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin) , Nazim Bayandurov (“İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin) və Elməddin Muradovun (“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi) namizədliyi irəli sürülüb.

 

Daha sonra Elçin Axundzadə öz namizədliyini Nazim Bayandurovun xeyrinə geri götürüb. Seçki nəticəsində Nazim Bayandurov (7 səs) səs çoxluğu ilə İctimai Şuranın sədri seçilib.

 

Eyni zamanda İctimai Şuranın sədr müavinləri seçkisi keçirilib. Elçin Axundzadə (“Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi), Ramil Əliyev (“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi) və Vüsal Əliyev (“Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyi) sədr müavinləri seçilib.

Eyni zamanda Zülfüqarlı Aytac (“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi) İctimai Şuranın katibi seçilib. 

 

Sədr müavini seçkilərində yaranan narazılıqla bağlı ictimai şuranın 5 üzvünün iclası yarımçıq tərk etdiyi bildirilir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır