Modern.az

Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi

Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi

22 Oktyabr 2021, 17:08

Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonuna kursa apardığı azyaşlı qıza təcavüzə cəhd etməsi ilə əlaqədar cinayət işi açılıb. 

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

 

Məlumata görə, bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

 

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib. Buna cavab olaraq qızın yaxınları taksi sürücüsünü döyərək lentə alıb. Həmin videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır