Arxiv
24 Oktyabr 2021, 09:49 | AKTUAL
SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

 

Modern.az Vətən müharibəsinin xronikasını təqdim edir.

                                                 Müharibənin 28-ci günü

 

• Cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri cəbhənin müəyyənləşdirilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, bir neçə dayaq məntəqəsi dağıdılıb, əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və mühüm yüksəkliklər azad olunur. Bu döyüşlərdən sonra düşmənin əyilmiş qəddi daha da bükülür, demək olar ki, beli sındırılır. 

 

• Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə  verib.

• Düşmənin çoxsaylı döyüş texnikaları məhv edilib. 

• Müdafiə Nazirliyi artilleriya bölmələrimizin hərbçilərinin döyüş əzmini və yüksək vətənpərvərlik ruhunu əks etdirən video yayıb.

 

• Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi və Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən PUA-sı Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Cəbrayıl rayonu istiqamətində "BZEZ" zərbə pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

 

• Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirirlər.

• Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

 

• Azərbaycan Ordusunun Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatlara qarşı mütəşəkkil müqavimət göstərə bilməyən və döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus və Qafan rayonları ərazisindən raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı ərazilərini güclü atəşə tutub. Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq cəbhənin müxtəlif istiqamətlərində əks-hücumu davam etdirir. Ermənilərin könüllülərdən ibarət dəstələri və döyüş texnikası məhv edilərək bir neçə vacib yüksəkliklər azad edilib. Peşəkar Azərbaycan Ordusu yalnız düşmənin silahlı birləşmələrini və legitim hərbi obyektləri hədəfə alır.

 

• Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib.

• Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində 65 mülki şəxs həlak olub. Onların 18-i qadın, 10-u uşaqdır. Oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər ölüb, 138 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat verib.

 

• Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə iki ədəd "Smerç" raketi atıb.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58 Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05 Aİ rəsmisindən helikopter qəzası ilə bağlı açıqlama 30 Noyabr 2021, 23:52 Zığdakı yanğın söndürüldü 30 Noyabr 2021, 23:32 İtaliyadan başsağlığı 30 Noyabr 2021, 23:13 İran silkələndi 30 Noyabr 2021, 22:59 BMT rəsmisindən başsağlığı 30 Noyabr 2021, 22:38 Ali təhsildə yeni ƏMƏKDAŞLIQ 30 Noyabr 2021, 22:15 Soçi bəyanatında Azərbaycanın MÖVQEYİ 30 Noyabr 2021, 22:13 Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI 30 Noyabr 2021, 21:57 Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi 30 Noyabr 2021, 21:51 Təqvimlərin savaşı: Noyabr qalibiyyət ayıdır – məğlubiyyət zənciri qırıldı 30 Noyabr 2021, 21:39 ABŞ Yunanıstana hərbi maşınlar verdi 30 Noyabr 2021, 21:33 Britaniyanın Baş qərargah rəisi istefa verdi 30 Noyabr 2021, 21:14 Qadın futbolçularımızdan ilk qələbə 30 Noyabr 2021, 20:54 "Qardaşlarımızın başı sağ olsun" - Akşener 30 Noyabr 2021, 20:31 Fələstin başsağlığı verdi 30 Noyabr 2021, 20:16 Fransa səfirindən başsağlığı 30 Noyabr 2021, 20:06 Jurnalistikanı çirkablara buraxmayaq 30 Noyabr 2021, 20:01 Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB 30 Noyabr 2021, 19:53 Kəşfiyyat haqqında qanuna DƏYİŞİKLİK 30 Noyabr 2021, 19:52 Britaniya səfirindən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:49 Elçin Quliyev: "Helikopter demək olar yenidir" 30 Noyabr 2021, 19:46 Prezident və birinci xanımdan şəhid hərbçilərin dəfni ilə bağlı TAPŞIRIQ 30 Noyabr 2021, 19:45 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ 30 Noyabr 2021, 19:41 Qəzada həlak olanlara şəhid statusu VERİLƏCƏK     30 Noyabr 2021, 19:34 "Yaralıların vəziyyəti normaldır" 30 Noyabr 2021, 19:28 Naxçıvanda döyüş atışlı taktiki təlimlər 30 Noyabr 2021, 19:27 Helikopter qəzası ilə bağlı şahidlər dindirilib 30 Noyabr 2021, 19:19 Helikopter qəzası ilə bağlı brifinq keçirildi - VİDEO 30 Noyabr 2021, 19:18 Siyasi müstəvidə növbəti ZƏFƏR 30 Noyabr 2021, 19:10 Türkiyəli nazirdən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?