Modern.az

"Keşlə" -"Qəbələ" dueli

Aktual

24 Oktyabr 2021, 12:19

Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

 

Modern.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutacaq.

Birinci dövrədə uğurlu çıxışı ilə diqqət çəkən “Qəbələ” ikinci dövrənin ilk turunda “Keşlə”nin qonağı olacaq. Son iki matçından qalib ayrılan paytaxt təmsilçisi bu uğurlu seriyanı davam etdirməyə, əyalət komandası isə qələbə həsrətinə son qoymağa çalışacaq.

 

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Sumqayıt”a 3:0, “Neftçi” isə “Zirə”yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
8-ci tur
24 oktyabr

“Keşlə” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu.
“ASK Arena”, 16:00.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir