Modern.az

Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ

Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ

Aktual

24 Oktyabr 2021, 22:18

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Prezidentin səfəri bir günlük olacaq.

 

O, Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılacaq. Ərdoğanı Prezident İlham Əliyev rəsmi mərasimlə qarşılayacaq.

 

Hava limanında ilk rəsmi qarşılama mərasimi Ərdoğan üçün təşkil olunacaq.

 

Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarında tikilən ilk hava limanı olan Füzuli aeroportu Ərdoğanın qatılacağı mərasimlə xidmətə açılacaq.

 

Ərdoğan mərasimdə çıxış edəcək.

 

Qeyd edək ki, bu, Türkiyə Prezidentinin son bir ildə Azərbaycana üçüncü rəsmi səfəridir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!