Modern.az

“Qəbələ” “Keşlə”yə qalib gəldi

“Qəbələ” “Keşlə”yə qalib gəldi

Aktual

24 Oktyabr 2021, 19:12

Oktyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, turun ikinci oyun gününün yeganə matçında "Keşlə" klubu "Qəbələ"ni qəbul edib.

 

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.

 

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də "Səbail" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir