Modern.az

Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı

Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı

26 Oktyabr 2021, 18:00

Ermənistan parlamentində Azərbaycanla sərhəddə baş verənlər müzakirə olunub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan müzakirələri faydasız sayır.

“Baş Qərargah rəisinin birinci müavini Kamo Kosunts və Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan Ağdağ istiqamətində situasiyanın stabilləşdiyini söyləyib”.

 

Ohanyan hərbi rəhbərliyin Syunik və Qeqarkunik vilayətində yol verilən mövqe səhvləri ilə bağlı ittihama cavab verə bilmədiklərini də əlavə edib.  

 

Onun fikrincə, ordu ilə Sərhəd Qoşunları arasında koordinasiya aşağı səviyyədədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?