Modern.az

Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR

Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR

Aktual

27 Oktyabr 2021, 18:00

Bu ilin 10 ayı ərzində Azərbaycanda hansısa dini icma dövlət qeydiyyatına alınmayıb.

 

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib.

 

Y.Əliyeva bildirib ki, hazırda Azərbaycanda 970 dini qurum fəaliyyət göstərir:

 

“Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan, yəni 01.09.2009-cu il tarixindən bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb.

 

Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam təmayüllüdür.

 

Qeyri-islam təmayüllü dini qurumlardan 26-ı xristian, 8-i yəhudi,1-i krişna, 2-i bəhai dininə aiddir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!