Arxiv
27 Oktyabr 2021, 18:54 | AKTUAL
Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR

Bu gün paytaxtdakı sərnişindaşıma avtobuslarının 77%-dən çoxu “BakıKart” sisteminə inteqrasiya olunub.

 

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

 

Onun sözlərinə görə, qalan digər avtobusların əksəriyyətində bu istiqamətdə aparılan texniki işlər yekunlaşıb və hazırda fasiləsizlik qorunmaqla kartoxuyucu cihazların quraşdırılması işləri aparılır.

 

“Quraşdırılan kartoxuyucular yeni ödəniş sistemlərinin, həm NFC, həm də birbaşa təmassız bank kartları ilə ödənişlərin qəbuluna imkan yaradacaq”, - deyə M. Ağayev qeyd edib.

 

O həmçinin əlavə edib ki, “BakıKart”ın balansının artırılması üsullarının təkmilləşdirilməsi və müasirləşdirilməsinə dair strategiya hazırlanıb və görülən işlər bu strategiyaya uyğun aparılır: “İşlər mərhələli şəkildə aparılır. İlkin olaraq “BakıKart” tətbiq olunanda ödəmə terminalları yalnız avtobus dayanacaqlarında və bəzi iri ticarət mərkəzlərində quraşdırılırdı. Bu terminallar sərnişinlərin daha çox olduğu yerlərdə qoyulurdu.

 

Növbəti mərhələ dayanacaqlardan kənar ödəmə imkanlarının təmin olunmasıdır ki, biz artıq bu işlərə başlamışıq. Məsələn, bu gün 1 200-dən çox olan “MilliÖn” ödəniş terminallarının 90%-i artıq “BakıKart” sisteminə inteqrasiya olunub və ödənişlər qəbul olunur. Digər terminalların da inteqrasiyası istiqamətində işlər yekunlaşmaq üzrədir”.

 

Bundan əlavə, BNA rəsmisi əlavə edib ki, kartların balansını (online.bakikart.az) internet platforması üzərindən də artırmaq imkanı yaradılıb.

 

“Bakı ərazisində “OBA” marketlərlə də “BakıKart” ödənişlərinin qəbul olunması üçün POS-terminalların quraşdırılmasına dair razılıq əldə olunub. Növbəti mərhələdə gediş haqlarının NFC və bank kartları vasitəsilə ödənişlərinin təşkilidir ki, bu da elə də uzaq olmayan bir müddətdə mümkün olacaq”, - deyə M. Ağayev əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?