Arxiv
28 Oktyabr 2021, 15:26 | AKTUAL
AccessBank-dan qadın sahibkarlara dəstək

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank kiçik və orta sahibkarlığa dəstək olmaqda davam edir. 

 

Modern.az xəbər verir ki, bank, bu dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olan işgüzar qadınlarla birgə qeyri-rəsmi görüş - səhər yeməyi təşkil etdi. Tanışlıq və səmimi söhbətlərlə yanaşı, iştirakçılar pandemiya ilə bağlı məhdudiyyətlər çərçivəsində bizneslərini necə idarə etmələri və gələcək planlarından danışdılar. Görüşdə qadınların bizneslə məşğul olarkən üzləşdikləri çətinliklər, onların biznesə gətirdikləri yeniliklər və AccessBank-ın maliyyə tərəfdaşı kimi onlara necə dəstək ola biləcəyinə dair müzakirələr aparıldı. 

 

"20 ildir ki, Azərbaycanda mikrokreditləşmə ilə məşğul olan və bu sahədə lider mövqeyini qoruyub saxlayan AccessBank üçün kiçik və orta biznesləri maliyyələşdirməklə yanaşı, Bakı və bölgələrdəki qadın sahibkarlara, ailə bizneslərinə hər cür dəstək olmaq çox vacibdir. Bu, bizim sosial missiyamızdır. Biznes qurmaq hər kəs üçün çətindir. Qadınlar da istisna deyillər. Amma nədənsə, qadın sahibkarlar ünvanlarına daha tez-tez "Bu sənin nəyinə lazımdır?!", "Cəhd etmə, onsuz da alınmayacaq” kimi sözlər eşidirlər. Bununla belə, bank təcrübəmiz göstərir ki, qadınlar məqsədlərinə çatmaqda daha əzmkardırlar və çox vaxt işlərinə daha məsuliyyətlə yanaşırlar. Bu gün tərəfdaşlarımızdan, dostlarımızdan rəy almaq, nələrin sahibkarların bizneslərini asanlaşdıracağını və maliyyə tərəfdaşı olaraq qadın sahibkarlığını necə dəstəkləyə biləcəyimizi öyrənmək üçün bir araya gəldik” - deyə AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina vurğuladı. 

 

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi helikopterin qəzaya uğradığı yerdən VİDEO 30 Noyabr 2021, 16:44 Əziz Səncər Diasporla İş üzrə Dövlət Komitəsində olub 30 Noyabr 2021, 16:41 Peyvənd statistikası 30 Noyabr 2021, 16:40 Çavuşoğlu Ceyhun Bayramova başsağlığı verdi - YENİLƏNİB 30 Noyabr 2021, 16:36 Sağalanlar yoluxanları ÜSTƏLƏDİ -23 nəfər öldü 30 Noyabr 2021, 16:34 Mustafa Şentopdan Azərbaycana başsağlığı  30 Noyabr 2021, 16:28 Helikopter qəzasıyla bağlı cinayət işi AÇILDI 30 Noyabr 2021, 16:24 İran səfirliyi Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 16:18 DİM Azərbaycan dili fənni üzrə sınaq imtahanı KEÇİRƏCƏK 30 Noyabr 2021, 16:15 Helikopter qəzasında həlak olan 14 nəfərin SİYAHISI 30 Noyabr 2021, 16:12 Prezident və birinci xanım helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verdi 30 Noyabr 2021, 16:06 Narkomanların 40-45 faizi qadın və uşaqlardır - Komitə sədri 30 Noyabr 2021, 16:00 Şəhid Səməd Rzayev anıldı 30 Noyabr 2021, 15:55 BMU ilə Fond arasında memorandum 30 Noyabr 2021, 15:50 Lavrov Blinkenlə görüşəcək 30 Noyabr 2021, 15:44 Hulusi Akar Elçin Quliyevə və Zakir Həsənova ZƏNG ETDİ 30 Noyabr 2021, 15:38 Facebook-un aktiv DEPUTATLARI - Bəzi xanımlar kişiləri geridə qoyur 30 Noyabr 2021, 15:33 Bakıda daha bir məktəb koronavirusdan BAĞLANDI 30 Noyabr 2021, 15:27 İranda daha 119 nəfər koronavirusdan öldü 30 Noyabr 2021, 15:21 Dindarlar niyə qalstuk taxmır? 30 Noyabr 2021, 15:09 Rüsumsuz gətirilən malların limiti azaldılıb? 30 Noyabr 2021, 15:04 Havanın kəskin dəyişməsinin  SƏBƏBLƏRİ 30 Noyabr 2021, 15:00 Çavuşoğlu ATƏT-in iclasına gedəcək 30 Noyabr 2021, 14:55 “Omricon”dan qorunmaq üçün III doza ÇAĞIRIŞI 30 Noyabr 2021, 14:50 Bank kartlarından pul OĞURLADILAR 30 Noyabr 2021, 14:45 Bu il əlillik təyin edilən şəxslərin SAYI 30 Noyabr 2021, 14:40 Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ 30 Noyabr 2021, 14:35 Magistraturaya hazırlaşanlar üçün sınaq İMTAHANI 30 Noyabr 2021, 14:30 Cahit Bağçı Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:26 73 mülki şəxs minaya düşüb - 24 nəfər ölüb 30 Noyabr 2021, 14:23 Türkiyə Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:20 Yeni Avrasiya kiminlə və necə qurulur? - TƏHLİL 30 Noyabr 2021, 14:14 Prezident pakistanlı naziri qəbul etdi 30 Noyabr 2021, 14:08 Aşqabad zirvəsi 30 Noyabr 2021, 14:05 3 avtobus sürücüsü narkotiklə TUTULDU 30 Noyabr 2021, 14:03
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?