Modern.az

Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI

Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI

28 Oktyabr 2021, 16:24

BMT Təhlükəsizlik Şurasının iclasında Türkiyə ilə Çin arasında qalmaqal yaşanıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Ankaranı Suriyanın şimal-qərb hissəsini işğal etməkdə ittiham edib.

 

“Türkiyə Fərat çayının səviyyəsinin azalması və Suriyanın “Alluk” supaylayıcı stansiyasının fəaliyyətində  yaranan fasilələrə görə təqsirlidir. Suriyanın şimal-şərqini işğal edən Türkiyə insan haqlarına hörmətlə yanaşmalıdır”.

 

Türkiyənin BMT-dəki nümayəndəsi Firidun Sinirlioğlu isə öz növbəsində Çinin Ankaraya dərs keçmək həddində olmadığını deyib.

“Bütün bölgələrdə beynəlxalq humanitar hüququ ayaqlayan bir ölkə Ankaranı insan haqlarına hörmət etməyə öyrədə bilməz”.

 

Diplomat PKK/YPG hərbi birliklərinin və Əsəd rejiminin Türkiyəni qaralama kampaniyası apardığını iddia edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir