Modern.az

Boksçumuz 1/8 finalda

Boksçumuz 1/8 finalda

Aktual

28 Oktyabr 2021, 16:52

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

 

Modern.az-ın məlumatına görə, mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb. +92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Yonas Yazeviçiuslə (Litva) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq.

 

Qeyd edək ki, dünya çempionatının beşinci günündə iki boksçumuz rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) Stefen Nevnslə (Şotlandiya) gücünü yoxlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir