Modern.az

Dünyada ən çox bahalaşan MƏHSULLAR: Yağ, taxıl, süd...

Dünyada ən çox bahalaşan MƏHSULLAR: Yağ, taxıl, süd...

İqtisadiyyat

5 Noyabr 2021, 15:48

Dünyada ərzaq qiymətləri maksimuma çatıb.

Modern.az xəbər verir ki, bahalaşma bitki yağları və taxılın qiymətinin artması ilə əlaqəlidir.

 

Ərzaq məhsullarının qlobal qiymətləri ötən ilin oktyabr ayı ilə müqayisədə 31,3% artıb. Sentyabr ayı ilə müqayisədə isə artım 3% təşkil edir.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ərzaq qiyməti indeksinin 133,2 vahidə çatdığını bildirib. Bu 2011-ci ilin iyulundan bəri ən yüksək qiymət sayılır.

Təşkilat qiymət indeksinin artıq 3 aydır ki, ardıcıl bahalaşdığını vurğulayır.

 

Qiymət artımına səbəb əsas ərzaq istehsalçıları - ABŞ, Rusiya və Kanadada məhsuldarlığın aşağı düşməsi ilə izah olunur.

Dünyada taxıl məhsullarının istehlakı 2 milyard 812 milyon ton təşkil edərək, 2020-ci illə müqayisədə 1,7% artıb. Təşkilat taxıla olan tələbatın artması ilə yanaşı, dünya əhalisinin çoxalmasını, qarğıdalının sənaye və yem kimi istifadə olunma həddinin artmasını əsas götürür.

Palma, qarığdalı və günəbaxan yağlarında da bahalaşma müşahidə olunur. Bunun bir səbəbi də palma yağı istehsal edən əsas ölkə - Malaziyada miqrant çatışmazlığıdır. Xammal neftinin bahalaşması da yağların bahalaşmasını stimullaşdıran amillərdən biridir.

 

Süd məhsulları oktyabrda sentyabrla müqayisədə 2,2%, taxıl məhsullarının qiyməti isə analoji dövrlə müqayisədə 1,8% bahalaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?