Modern.az

Elman Rüstəmov manatın məzənnəsindən, inflyasiyadan DANIŞDI

Elman Rüstəmov manatın məzənnəsindən, inflyasiyadan DANIŞDI

İqtisadiyyat

16 Noyabr 2021, 12:20

"Cari ildə ölkənin xarici ticarəti və tədiyyə balansı profisitdir. Valyuta bazarında tarazlıq müşahidə olunur".

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, milli valyutanın məzənnəsi sabitdir:

"Valyuta təklifi orta valyuta təklifini iki dəfə üstələyib. Uçot dərəcəsi 15 faizdən 6,25 faizə endirilib. Cari ildə pul bazası 7,3 faiz artıb. İllik inflyasiya 10 faiz təşkil etməklə hökumətin və Mərkəzi Bankın hədəflərindən kənarlaşıb. İstehlak kreditlərinin faiz dərəcəsinin azalması müşahidə olunur".

Mərkəzi Bankın sədri bildirib ki, milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib.

Onun sözlərinə görə,  qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır:

“Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağının, taxıl məhsullarının qiyməti sürtələ yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər