Arxiv
18 Noyabr 2021, 09:47 | MÜSAHİBƏ
Prezident təqaüdçüləri: “Bəzən müəllimləri təngə gətirirdim” - Gələcək hüquqşünasla MÜSAHİBƏ

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.


Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.


Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.


Modern.az 
saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.


İlham Həsənov Qazax şəhər Mehdi Hüseyn adına Məktəb-liseyi bitirib. Qəbul imtahanları zamanı 674,5 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

 

İlham təhsildəki uğur yolu haqqında Modern.az-ın əməkdaşı ilə söhbətləşib:

 

- İlham, bu qədər yüksək bal yığdığın üçün yaddaşın güclü olmalıdır. Topladığın balı güclü yaddaşına borclusan, yoxsa başqa bir şeyə?

-Yüksək bal toplamaqda yaddaş faktorunu danmaq olmaz, əlbəttə. Yaddaşımın uşaqlıqdan bəri güclü olduğunu deyirdilər. Mən də bunu 7-ci sinifdən başlayaraq məktəbimizdə keçirilən şeir müsabiqələrində və müxtəlif tədbirlərdə hiss etdim. Lakin mən yüksək bal toplamağımı yalnız güclü yaddaşa bağlamaq istəməzdim. Çünki burda əmək, məsuliyyət, inam, əzm, həvəs və bir çox amil əsas rol oynayır. Topladığım bal həm fərdi, həm də kollektiv əməyin məhsuludur, zənnimcə. Çünki bu işdə müəllimlərimin, valideynlərimin rolunu danmaq yanlış olar. Eyni zamanda, düzgün vaxt bölgüsü etməyim, dərslərimə həvəslə yanaşmağım, ev tapşırıqlarını edərkən özümü fərqli bir dünyada hiss etmək - bu dünyadan bir müddət də olsun təcrid olunmaq məni hədəfimə özüm də hiss etmədən bir addım daha da yaxınlaşdırdı. Və istəyimə çatdım.


- Ali məktəbə hazırlaşarkən məşğələlərə, kurslara getmisənmi?

- Ali məktəbə hazırlaşarkən televizor, telefon və digər məni məşğul edəcək avadanlıqlardan istifadəni minimuma endirmişdim. Özüm üçün kiçik bir proqram tərtib etmişdim və hansı dərsləri, hansı vaxtlarda edəcəyimi planlaşdırmışdım. İmtahana 2 ay qala isə artıq daha çox sınaq işləməyə üstünlük verdim. Ötən illərin qəbul və sınaq imtahanlarını həll etməyə çalışırdım. Rayonda təşkil olunan sınaq imtahanlarında iştirak edirdim. Mənə mənfi emosiya verən insanlarla əlaqəni azaltmışdım. Məşğələlərə gedirdim. Orda həm testlər edirdik, həm də müəllimlər tərəfindən sual - cavab edilirdik. Müəllimlərim hərtərəfli şəkildə mənə dəstək olurdular və məndən yüksək nəticə gözləyirdilər. Bəlkə də məni yüksək nəticə əldə etməyimə ən çox həvəsləndirən amillərdən biri də onların inamlarını yerə salmamaq idi. Məşğələlərə 3 il ərzində getmişəm. Ondan əvvəl valideynlərim və məktəb müəllimlərimin sayəsində təhsil təməlim düzgün qoyulmuşdu. Buna görə də məşğələlərdə çox çətinlik çəkmirdim. Sözün düzü, həm də çox sual soruşan şagird olmuşam və hətta bəzən müəllimləri təngə gətirdiyim də olub. Amma yenə də onlar böyük peşəkarlıqla suallarıma cavab veriblər. Valideynlərim, müəllimlərim və mən bugünkü uğurumun memarlarıyıq.

- Rayon yerlərində şəhərə nisbətən məşğələlərin qiyməti ucuz olur. Ən baha keçirilən məşğələ neçə manat idi? Ailən maddi cəhətdən bunu qarşılaya bilirdi?

- Rayonda mənim getdiyim hazırlıqların qiyməti, demək olar ki, hamısı standart və normal idi. Ola bilsin ki, rayonda qiymət daha ucuz olsun. Lakin təhsilin keyfiyyəti heç də elə deyildi. Hətta deyərdim bəzi böyük şəhərlərdən daha üstündür. Müəllimlər təkcə savadlı deyillər, eyni zamanda səbirli, peşəkar, şagird psixologiyasından anlayandırlar. Hazırlıq fənlərinin hər biri nə az-nə çox, 30 manat idi. Hətta müəllimlərim bəzi imkanı zəif olan uşaqlara qiymətdə müəyyən güzəştə gedirdilər. Ailəmə təhsil müddətimdə mənə xərclədikləri ödənişlərə görə minnətdaram. Maddi cəhətdən ehtiyacımı hərtərəfli ödəyirdilər.

 

- İlham niyə məhz, hüquq? Uşaqlıq arzun olub, yoxsa başqa bir səbəbi var?

 

- Niyə məhz hüquq? Bu sual üçün təşəkkür edirəm. Yeri gəlmişkən bu sualı bu gün universitetdə Azərbaycan dili fənnini tədris edən müəllimimiz də məndən soruşdu. O an bir az düşünməli oldum. Həqiqətən, niyə məhz hüquq? Bu mənə uşaqlıqdan bəri təlqin edilən bir fikirmi, yoxsa həqiqətən, özümün arzumda olduğum bir peşəmi? Səmimi cavab verəcəyəm, əslində, ikisi də. Çünki uşaqlıqdan bəri ailədə atam özü hüquqşünas olduğu üçün müəyyən qədər üzərimdə təsiri var idi və məni də həmin peşənin mütəxəssisi olaraq görmək istəyirdi. Lakin tədricən bu fikirlər özümdə də canlandı. Dəqiq adı yadımda deyil, lakin bir filmə baxmışdım və oradakı ədalətsiz rejim mənə bir qədər təsir etmişdi. Məni hüquqa yönəldən amil, əlbəttə, yalnız bundan ibarət deyil. Hüquq nüfuzlu bir peşəmi, məncə, bəli. Gəlirli peşəmi, müəyyən qədər bəli. Amma yenə də yalnız bunlar bir insanı bir peşəyə sövq edə bilməz deyə, düşünürəm. Və yaxud bir peşənin anlamı bir insan üçün bu qədər  ucuz olmamalıdır. Belə düşünürəm ki, hüquq yalnız bizim ölkəmizin deyil, bütün dünyanın ehtiyac duyduğu bir predmetdir. Haqq, ədalət, doğru, yanlış, haqsızlıq, bərabərlik kimi anlayışların bir - birinə qarışdığı və hələ dünyanın bir tərəfində insanların səfa içində yaşayarkən, digər tərəfində insanların acından öldüyü, qısaca, ədalətsizliyin və haqsızlığın çox olduğu bu dünyada cəmiyyətdəki yanlışlıqlara qarşı bir duruş nümayiş etdirmək istədim. Uşaqlıqdan bəri arzusunda olduğum Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmaqla da bu yolda ilk addımlarımı atdım.


- Hüquqdan söz düşmüşkən, günümüzdə qadınlara qarşı cinayətlər artır. Bu hadisələrə şahid olan bir gənc, gələcəyin hüquqşünası kimi nə düşünürsən?

-
Qadınlara qarşı cinayətlər artıq kütləvi hal almağa başlayıb. Çünki dünyada sistematik olaraq toplu bir qırğın müşahidə olunur. Bir insan məhz qadın olduğuna görə öldürülə, yox edilə bilməz. Əslində öldürülən bütün qadınlar potensial olaraq eyni insandırlar. Sadəcə, tək fərq digərlərinin o vaxtda, o saatda, o yerdə olmamasıdır. Qadın hüquqları qadın olduqları üçün deyil, insan olduqları üçün müdafiə olunmalıdır  və qadın haqlarını qorumaq üçün qadın olmaq yox, insan olmaq kifayətdir. Cəmiyyətdəki patriarxal düşüncənin dəyişməsi, gender bərabərliyinin uşaq yaşlarından hər kəsə aşılanması qadın cinayətlərinin qarşısını tam almasa da, müəyyən qədər azaldacaq. Qadınları müdafiə etməyə gəldikdə isə onlar müdafiə olunmağa möhtac deyillər.
Mən qadınları deyil, qadın hüquqlarını müdafiə edə bilərəm, qadınlara isə dəstək ola bilərəm. Qadın hüquqları ilə bağlı yeni layihələr təklif edib, beynəlxalq aləmdə bu sahədə ciddi islahatlar aparılması üçün əlimdən gələni edəcəyəm. Hazırda da çox yaxın olduğum qız dostlarım var. Onlarla sözün əsl mənasında hər sahədə əməkdaşlıq edirəm, fikir mübadiləsi edirəm. Onlara bir cins olaraq deyil, bir insan olaraq baxıram. Buna görə asanlıqla ünsiyyət qura bilirəm.


- Qəbul imtahanında ən yüksək nəticəni hansı fənndən göstərmişdin?

-Qəbul imtahanında ən yüksək nəticəm ingilis dili, riyaziyyat və Azərbaycan dili fənlərindən olmuşdu. Çünki bu fənləri xüsusilə sevirdim. Amma Azərbaycan dili fənnini daha çox sevirdim və həvəslə oxuyurdum. Nənəmin Azərbaycan dili və ədəbiyyatı müəllimi olması da məni Azərbaycan dilinə daha da yaxınlaşdırmışdı. Onunla xeyli müzakirələr aparır, dil qaydalarında hansı dəyişikliklərə ehtiyacın olması ilə bağlı söhbətlər edirdik. Mənim verdiyim hər bir sualı təmkinlə cavablayır və nə çətinliyim olsa, dərhal hiss edirdi.


- İlham, bəzən deyirlər ki, bilikli olmaq gendən gələn bir şeydir. Bu barədə düşüncələrin nədir?..

 

- Özümün savadlı olduğumu deməzdim, sadəcə mümkün hədəflər qoydum qarşıma və ona çatmaq üçün çalışdım. Necə ki bağban əziyyətlə ağac əkib onun bəhrəsini görür. Amma yenə də belə bir arqument deyə bilərəm ki, savadın irsi faktorlarla keçməsinə dair də elmi araşdırmalar var. Bu, danılmazdır. Anam, atam- hər ikisi də ali təhsillidir. Hətta atam elə mənim təhsil aldığım universitetin eyni fakültəsini - Hüquq fakültəsini bitirmişdir. Məndən böyük və kiçik olan bacılarım var. Mən ortancıl övladam. Bacım da Bakı Dövlət Universitetində təhsil alır. Ümid edirəm ki, ənənəyə sadiq qalaraq balaca bacım da bu universitetin tələbəsi olacaqr.


- Rayonda məşğələlərə getməyin hansı çətinlikləri var? Bəzən olur ki, uşaqlar nəqliyyat vasitəsi ilə bağlı problem yaşayır…

- Rayonda məşğələlərə getməkdə çox ciddi problemlər yox idi. Çünki avtobusla 15 dəqiqə ərzində məşğələyə çata bilirdim. Xoşbəxtlikdən əksər məşğələlərim bir-birinə yaxın idi. Sadəcə, bəzi yollarda tikinti işləri gedəndə gediş - gəliş çətinləşirdi. Bir də xüsusilə yağışlı və qarlı günlərdə çox əziyyət çəkirdim. Elə olurdu yarım saat avtobus gözləməli olurdum. Aradan qaldırılmasını istədiyim problem budur ki, hava şəraitinin pis olduğu vaxtlarda avtobusların gediş-gəliş müddətini tezləşdirsinlər və insan sıxlığını azaltsınlar. Düşünürəm ki, nəqliyyat problemi həm abituriyentlər, həm də tələbələr üçün uzun illər hələ də problem olaraq qalacaq.

 

- Prezident təqaüdünə layiq görüləcəyini gözləyirdin?

 - Prezident təqaüdünə layiq görüləcəyimi ilk ballar elan olunan vaxt gözləmirdim. Çünki məndən yüksək nəticə əldə edənlərin sayının çox olacağını düşünürdüm. Lakin iş elə gətirdi ki, bizim ixtisas qrupunda ən yüksək nəticə məndən sadəcə 5 bal çox oldu. Bu zaman artıq bir ümid yarandı ki, İlham, sən artıq prezident təqaüdçüsüsən. Cənab Prezidentin sərəncamını görəndə sevincimin həddi - hüdudu yox idi. Ona görə deyil ki, bunu gözləmirdim. Əlbəttə, gözləyirdim. Ancaq öz adımı o sərəncamda görəndə çox böyük qürur hissi keçirdim. O ilk an hələ də ağlımdan çıxmır. Əlbəttə, məbləğ də yaxşı məbləğdir. Amma sevinməyimə səbəb bu deyildi. Sevinməyimə səbəb adi, sıravi bir gəncin Prezident təqaüdünə layiq görülməsi, sərəncamda adımın keçməsi idi. İlk olaraq anama zəng etdim. Anam da gözləyirdi prezident təqaüdçüsü olacağımı. Amma məndən eşidəndə lap sevindi. Daha sonra müəllimlərimə məlumat verdim. Onlar da səmimi qəlbdən təbrik etdilər.

 

- İmtahan verəcək abituriyentlərə hansı məsləhətləri vermək istərdin?

 

 - Əvvəla deyim ki, abituriyentlər qarşılarına qoyduqları məqsədə çatmaq üçün əllərindən gələni deyil, əllərindən gələnin çoxusunu etsinlər. Sözüm onda deyil ki, ətraf aləmdən tamamilə təcrid olunsunlar, telefon işlətməsinlər. Xeyr. Sözüm ondadır ki, düzgün vaxt bölgüsü etsinlər. Ardıcıl olaraq dərslə məşğul olurlarsa, hər 1-2 saatdan bir dincəlmək üçün 15-20 dəqiqəlik fasilə etsinlər. Sözün düzü, mənim əldə etdiyim uğurda telefondan əldə etdiyim sınaqların da böyük rolu olub. Yəni telefon işlədirlərsə, lazımlı bir əməl üçün istifadə etsinlər. Məqsədi olmayan gəmiyə heç bir külək kömək etməyəcək. Öncə qarşılarına məqsəd qoymalıdırlar və bir müddətlik zəhmət çəkməlidirlər. Uğura çiçəkli yollarla gedilmir. Gedilsə, adı uğur olmazdı. Bir an belə qorxmasınlar ki, mən yüksək nəticə əldə edə bilmərəm. Çünki qorxu indiyə qədər əldə etdiyin bilgiləri bir anda yox etməyə qadir qüvvədir. Bütün abituriyentlərə uğurlar arzu edirəm. Ümidvaram hər şey ürəklərincə olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan yeni silahlar istehsal edəcək 6 Dekabr 2021, 12:50 Bakı və Sumqayıtda pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK 6 Dekabr 2021, 12:45 Sabaha gözlənilən hava PROQNOZU 6 Dekabr 2021, 12:40 Azərbaycan Finlandiyanı təbrik etdi 6 Dekabr 2021, 12:36 “Koronavirusu çinlilər icad etməyib” - Məşhur alim 6 Dekabr 2021, 12:32 Aziz Sancar İlham Əliyevlə görüşündən danışdı 6 Dekabr 2021, 12:29 Səlim Müslümovun həbs müddəti uzadıldı 6 Dekabr 2021, 12:27 Rusiya sülhməramlılarından Ağdərə AÇIQLAMASI 6 Dekabr 2021, 12:24 Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANDI 6 Dekabr 2021, 12:20 BirKart hədiyyə qazandırır  6 Dekabr 2021, 12:15 “Azərbaycanlı alimlərlə işləmək planım yoxdu” 6 Dekabr 2021, 12:12 Vətən müharibəsinin qazi müəllimi insultdan öldü 6 Dekabr 2021, 12:10 Prezident Vüqar Gülməmmədovla bağlı sərəncam İMZALADI 6 Dekabr 2021, 12:05 “Vətənpərvərlik qazanc yeri deyil” - Əkrəm Əylisli 6 Dekabr 2021, 12:00 Azad olunmuş ərazilərdə maliyyə-bank xidmətləri yaradılır 6 Dekabr 2021, 12:00 “Qarabağda yıxılmayan bir bina görmədim” 6 Dekabr 2021, 11:58 Azad edilmiş ərazilərdə daha 30 mina AŞKARLANDI 6 Dekabr 2021, 11:55 İlham Əliyev 9 nəfərə fəxri ad verdi - SƏRƏNCAM 6 Dekabr 2021, 11:50 “Türk dünyası güclü olarsa, nə masada, nə də meydanda məğlub olar” – Aziz Sancar   6 Dekabr 2021, 11:45 Prezident bu şəxsləri təltif etdi - SİYAHI 6 Dekabr 2021, 11:40 “Amerikada zəncilər alt təbəqədir” - Nobel mükafatçısı 6 Dekabr 2021, 11:36 Prezident olmaqdan könüllü imtina etdim - Nazarbayev 6 Dekabr 2021, 11:30 Helikopter qəzasında şəhid olan hərbçilərin vərəsələrinə veriləcək sığorta ödənişlərinin həcmi AÇIQLANDI 6 Dekabr 2021, 11:24 “Arzu etmişdim ki, Şuşada namaz qılım” - Aziz Sancar 6 Dekabr 2021, 11:18 426 nəfər xarici vətəndaş Azərbaycanda yaşamaq istəyir 6 Dekabr 2021, 11:12 13 yaşlı oğlan Qusarda dağdan yıxılıb ÖLDÜ 6 Dekabr 2021, 11:06 Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur 6 Dekabr 2021, 11:00 Qarabağda 10 seysmik stansiya qurulacaq 6 Dekabr 2021, 10:55 Qarabağda yaşayıb-işləyəcək şəxslərə vergi güzəştləri olacaq 6 Dekabr 2021, 10:50 Şəhidin övladları himayəyə götürüldü - FOTO 6 Dekabr 2021, 10:44 Gürcüstanda 63 nəfər virusdan öldü 6 Dekabr 2021, 10:38 Şabranda qardaş bacısını BIÇAQLADI 6 Dekabr 2021, 10:32 Evində toy etdi - CƏRİMƏLƏNDİ 6 Dekabr 2021, 10:26 Rəisi Azərbaycan və Türkmənistanla imzalanan müqavilənin əhəmiyyətindən DANIŞDI 6 Dekabr 2021, 10:20 Azərbaycan - Türkiyə birgə universiteti Bakıda yaradılacaq - Gəncədə, Şuşada filialları olacaq 6 Dekabr 2021, 10:15
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?