Modern.az

Ermənistana şərt qoyulur: Ya sülh, ya müharibə!

Ermənistana şərt qoyulur: Ya sülh, ya müharibə!

26 Noyabr 2021, 11:10

Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüş keçiriləcək. Görüş V.Putinin təşəbbüsü ilə reallaşacaq.

 

Bəs üçtərəfli görüşün nəticələri nə olacaq?

 

Modern.az-ın bu sualını deputatlar cavablandırıb.

 

 

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış sazişlərlərdə ümumi maddələrin hamısının yerinə yetirilməsi ilə bağlı danışıqlar olacaq:

 

“Çünki Ermənistan tərəfinin hələ də yerinə yertirmədiyi maddələr var. Ermənistan həmçinin status məsələsini də saxlamağa çalışır. Lakin Ermənistan tərəfinin verdiyi məlumatları da nəzərə alsaq görərik ki, sərhədlərin müəyyən edilməsi bağlı kommisiyanın yaradılması gündəmdə olacaq. Bu kommisiyanın yaradılması və işə başlaması çox mühim məsələdir. Azərbaycan tərəfi qalib tərəfdir, Zəngəzur dəhlizin açılması, əlaqələrin bərpası məsələsini gündəmə gətirəcək. Eyni zamanda, Qərb və Rusiya arasında ortaq məxrəcə gəlinəcək”.

 

 

 

Deputatı Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan qalib tərəf kimi önəmli nəticələr əldə edəcək:

 

“Üçtərəfli müqavilənin imzalanmasından bir il ötməsinə baxmayaraq, hələ də ona əməl olunmayıb. Burada söhbət qeyri-qanuni silahlı qüvvələrin tərki-silah olmasından, Zəngəzur dəhlizinin açılmasından gedir. Əslində Rusiyasının vasitəçiliyi ilə Azərbaycan müharibəni dayandırdı, yoxsa indi sadalanan hallar yaşanmazdı. Razılaşma ilə bu bəyanat imzalandı. Amma hələ də əməl olunmayan bəndlər var. Hətta son vaxtlar Ermənistanın təxribatlarının şahidi oluruq.

 

 

Paşinyan iki gün öncə yenidən sərsəm çıxışlar etdi və Azərbaycana qarşı heç bir əsası olmayan fikirlər irəli sürdü. Bu gün görünən odur ki, Ermənistan hələ də təxribatlara son qoymur və davam edir. Bununla da yekun sülh müqaviləsinin bağlanması ilə bağlı heç bir iş görmür. Ermənistanın hazırda etdiyi ancaq bu prosesi pozmaqdır.

 

 

Artıq Ermənistan öz siyasətini müəyyənləşdirməlidir. Ya yekun sülh müqaviləsini bağlamalıdır, ya da yenidən Azərbaycan müharibəyə başlayacaq. Biz əlavə otuz il gözləyə bilmərik, artıq regiona sülh gəlməlidir. Bu məsələləri İlham Əliyev qaldıracaq, Ermənistan tərəfi də bu suallara cavab verməlidir. Görünən odur ki, Ermənistan vaxt qazanmaq istəyir. Çünki Paşinyan daxildəki revanşist qüvvələrdən qorxur.

Hesab edirəm ki, Rusiya da əlaqələrin açılmasında maraqlıdır, bunu dəfələrlə də fikirlərində bildirib. Bu gün əsas məsuliyyət Ermənistanın üzərinə düşür ki, təxribatlara son qoyulsun. Əks hal yaşanarsa, Azərbaycan yenidən müharibə yolu ilə öz torpaqlarını azad edəcək. Biz buna hər an hazırıq. Əsas məsələ isə sərhədlərin müəyyən olunması və əlaqələrin qurulması ilə bağlı olacaq. Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə razılaşmır, Azərbaycan tərəfi bununla bağlı öz fikirləri qeyd edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...