Modern.az

Tovuzda ölümlə nəticələn ağır qəza

Tovuzda ölümlə nəticələn ağır qəza

Aktual

28 Noyabr 2021, 23:55

Tovuzda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun girişində yerləşən Olimpiya Kompleksinin qarşısında qeydə alınıb. Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı 31 yaşlı Tovuz sakini Fəxri Əfəndiyev ölüb. Hadisə zamanı Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!