Modern.az

Nobel mükafatçısı Şuşaya gedəcək

Nobel mükafatçısı Şuşaya gedəcək

Aktual

29 Noyabr 2021, 14:00

Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar Azərbaycana gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov sosial şəbəkə hesabında məlumat verib.

 

O bildirib ki, UNEC İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gələn Əziz Sancarı özü qarşılayıb: 

 

“Forum çərçivəsində Əziz Sancarın iştirakı ilə çox faydalı görüşlər (o cümlədən gənc tədqiqatçılar, olimpiada qalibləri olan yuxarı sinif şagirdləri və bir qrup şəhid övladları-tələbələr və Gəncədən olan qızımız Xədicə ilə görüş), çox maraqlı müzakirələr (o cümlədən, postkovid elm və təhsilinə elmi baxış), Şuşaya səfər və digər maraqlı tədbirlər nəzərdə tutulub. Dəvətimizi qəbul etdiyinə görə dəyərli Əziz Sancara təşəkkür edirik”. 

 

Qeyd edək ki, forum 1-3 dekabr tarixlərinə Gülüstan sarayında baş tutacaq. Ə.Sancar Forum çərçivəsində alimlərlə görüşəcək, eyni zamanda çıxış edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı