Modern.az

Yoluxma kəskin azaldı - 26 nəfər öldü

Yoluxma kəskin azaldı - 26 nəfər öldü

Hadisə

29 Noyabr 2021, 16:37

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 586 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib. 25 992 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5594, bu günə qədər isə ümumilikdə 5 526 664 test icra olunub.

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır