Modern.az

Şəhid Səməd Rzayev anıldı

Şəhid Səməd Rzayev anıldı

30 Noyabr 2021, 15:55

Tatarlı kəndindən Vətən müharibəsi Şəhidi Rzayev Səməd Füzuli oğlunun ildönümündə  məzarı ziyarət olunub.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, qazilər və bir qrup ictimai fəallar Səfikürd kənd Şəhidlər Xiyabanında Tatarlı kəndindən Vətən müharibəsi Şəhidi  Rzayev Səməd Füzuli  oğlunun ildönümü ilə bağlı, məzarını ziyarət etdilər, ruhuna dualar oxudular, əziz xatirəsini anıblar.

 

Qeyd edək ki, Rzayev Səməd Füzuli oğlu  Murovdağ-Suqovuşan-Ağdərə istiqamətində aparılan döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Vətən uğrunda  və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir