Modern.az

X sinfə qəbul başa çatdı

X sinfə qəbul başa çatdı

Təhsil

30 Noyabr 2021, 18:56

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi başa çatıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, qəbul prosesi bu gün saat 18:00-da başa çatıb. Qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu