Modern.az

Uğur Şahin “Omicron” ştammı ilə bağlı danışdı

Uğur Şahin “Omicron” ştammı ilə bağlı danışdı

Aktual

1 Dekabr 2021, 09:00

"BioNTech" firmasının icraçı direktoru, professor Uğur Şahin koronovirusun yeni ştammı “Omicron” haqqında açıqlama verib.

 

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, o iki həftə sonra “Omicron” variantı ilə bağlı ümumi məlumat topladıqdan sonra qəti bir nəticəyə gələ biləcəklərini, hazırda isə heç bir təlaşa əsas olmadığını bildirib.

 

Uğur Şahin qeyd edib ki, peyvənd olmayanlar arasında yoluxanların sayı peyvənd olunanlarla müqayisədə 8 dəfə çoxdur. Bundan əlavə, “Omicron”dan qorunmaq üçün 3 doz peyvəndin mütləq olduğu bildirilib.

 

“Ümumiyyətlə üçüncü dozanın bütün əhali üçün lazım olduğunu deyirik. 20 dəfə daha çox, yəni 97 faiz qorunma təmin edilir. “Omicron” ştammından asılı olmayaraq, üçüncü dozanı tez bir zamanda qəbul etməyi məsləhət görürük."

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar