Modern.az

Məktəb direktoru karantinə alındı

Məktəb direktoru karantinə alındı

3 Dekabr 2021, 14:23

Bakı şəhəri 224 nömrəli tam orta məktəbin direktoru COVID-19 infeksiyasına yoluxmuş şəxslə təmasda olduğu üçün 14 günlük karantinə cəlb edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, məktəb hazırda fəaliyyətini əyani formada davam etdirir.

 

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur" - deyə məlumatda qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir