Modern.az

Türk ordusu 3 terrorçunu məhv etdi

Türk ordusu 3 terrorçunu məhv etdi

5 Dekabr 2021, 16:18

Pençe-Kaplan əməliyyatı çərçivəsində İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib.

 

Modern.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

 

Məlumatda bildirilir ki, terrorçular İraqın şimalındakı Pençe-Kaplan bölgəsinə hücum planlaşdırırmış.

 

 

Yaraqlıları məhv etmək üçün atəş dəstəyi vasitələrindən istifadə edilib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!