Modern.az

Oğuzda ev yandı 

Oğuzda ev yandı 

5 Dekabr 2021, 16:33

Oğuzda fərdi yaşayış evi yanıb.

 

 

Modern.az xəbər verir ki, bu gün günorta saatlarında rayonun Padar kəndində, kənd sakini Leyla Bəxtiyar qızı Qasımovaya məxsus, ümumi sahəsi 88 kv/m olan, kürsülü birmərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

 

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və bir otaq içərisindəki əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı