Modern.az

Putin Hindistana gedəcək

Putin Hindistana gedəcək

Aktual

5 Dekabr 2021, 18:46

Rusiya Prezidenti Vladimir Putin sabah Hindistan gedəcək.

 

Modern.az xəbər verir ki, Putini səfərdə xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu müşayiət edəcək.

 

Dünyanın diqqətində olacağı gözlənilən səfər çərçivəsində Rusiya lideri Hindistan Baş naziri Narendra Modi, xarici işlər naziri Subrahmanyam Caişankar və müdafiə naziri Racnat Sinqhlə görüşəcək.

 

Səfər zamanı müdafiə sahəsində əməkdaşlıq və Çinə qarşı tərəfdaşlıq məsələlərinin prioritet olacağı gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir