Modern.az

Ov qaydalarını pozanlar cəzalandırıldı

Ov qaydalarını pozanlar cəzalandırıldı

Aktual

6 Dekabr 2021, 13:15

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun “Sadıqlı” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Natiq Qurbanov olduğu məlum olub. 

 

Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində isə ova cəhd edən Tovuz rayon sakinləri Samir Süleymanov və İsmayıl Abbasov saxlanılıb. 

 

Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?