Modern.az

Ağalı kəndində təhsil distant olacaq - Nazir

Ağalı kəndində təhsil distant olacaq - Nazir

9 Dekabr 2021, 13:20

Təhsil naziri Emin Əmrullayev yaxın zamanlarda sakinlərin köçürülməsi nəzərdə tutulan Zəngilanın Ağalı kəndində məktəb tikintisi məsələsinə münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, hazırda bununla bağlı aidiyyəti qurumlarla birgə iş aparılır.

 

"Bu, bir gündə həyata keçirilən məsələ deyil. Ona görə də düzgün planlaşdırma həyata keçirilməlidir. Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra təbii ki, məktəbin də fəaliyyəti bərpa olunacaq. Amma aradakı keçid dövründə bir neçə həftə ərzində tədrisin hibrid və ya distant formada olmasını planlaşdırmışıq ki, uşaqlar dərsdən kənarda qalmasın. Kəndə hətta 2, 3 və ya 5 uşaq köçsə belə, həmin uşaqlar dərhal onlayn tədrisə cəlb olunacaqlar. Daha sonra məktəbin binası, bütün infrastruktur qurulduqdan, müəllimlər olduqdan sonra proses tam yekunlaşacaq", - nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir