Arxiv
28 Fevral 2013, 16:41 | MƏDƏNİYYƏT
Şahmar Ələkbərovun “Sahilsiz gecə” filminə niyə etiraz edirdilər?


Modern.az
-da Azərbaycan kino tarixində ən mübahisəli əsərdən danışacağıq. Bu, mərhum Şahmar Ələkbərovun son ekran işi 1989-cu ildə çəkdiyi və böyük səs-küyə səbəb olan “Sahilsiz gecə” filmidir. SSRİ Dövlət Radio və Televiziya Komitəsinin sifarişi ilə çəkilən film yazıçı Elçinin “Toyuğun diri qalması” povesti əsasında ekranlaşdırılıb. “Sahilsiz gecə”nin baş qəhrəmanı Zibeydə (aktrisa Oğuldurdı Məmmədquliyeva və Mehriban Xanlarova) müharibə dövründə əxlaqsızlığa düçar olmuş qadındır. Onu bu yola çəkən adamlar arasında bir erməni qadını da var. Həyatının böyük hissəsini bu mühitdə keçirən Zibeydənin mənəvi oyanışı yalnız ahıl yaşında baş verir. Kənddə iki gəncin sevgisinə şahid olan qadın əvvəlcə bu sirri saxlamaq üçün ödənc istəyir, lakin sonra xatirələr burulğanında öz nakam məhəbbətini yada salır və fikrindən vaz keçir...

Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurdu. “Azərbaycan qadınının keşiyində duran” bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini “daşqalaq etdilər”. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itdi. Ona münasibət bu gün də birmənalı deyil.  

Tariyel Qasımov (xalq artisti): “Elçin ssenarisində ifa etdiyim rol yox idi. Onu (Dürdanənin tanışı) rəhmətlik Şahmar Ələkbərovun özü əlavə etdi ssenariyə. Dedi ki, həm filmdə iştirak edərsən, həm də gedib Riqanı görərsən. Mənim çəkildiyim səhnə Riqada çəkilib. O vaxt da rəhmətlik Şahmar çox xəstə idi, əziyyət çəkirdi. Amma çox gözəl film alındı. Düzdür, sovet dövründə çox tənqid etdilər o filmi”.

Nuriyyə Əhmədova (xalq artisti, Roza rolunun ifaçısı): “Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin bir iş idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı”.

Mehriban Xanlarova (əməkdar artist): “Film nümayiş olunanda bəzi etirazlara səbəb oldu. Həmin vaxt Şahmar Ələkbərov bərk xəstə olsa da, belə şeylərə fikir vermirdi. Çox peşəkar yanaşırdı və deyirdi ki, belə şeylər olur. Amma mənim haqqımda da deyirdilər ki, guya o filmdən sonra məni döyüblər. Bu tamamilə yalandı. Amma mən bu gün də sevinirəm ki, “Sahilsiz gecə”yə çəkilmişəm. Çünki Şahmar Ələkbərov kimi bir adamla işləmişəm”.

Filmin ssenari müəllifi Elçin, quruluşçu rejissoru Şahmar Ələkbərov, quruluşçu operatoru Rafiq Əliyev, quruluşçu rəssamları Elbəy Rzaquliyev və Rafiq Nəsirov, redaktoru Aydın Dadaşov, direktoru Rimma Abdullayevadır. İfa olunan mahnıların mətni Fikrət Qocaya, musiqisi Ramiz Mirişliyə məxsusdur. 

Rollarda Oğuldurdı Məmmədquliyeva (Zibeydə), Mehriban Xanlarova (gənc Zibeydə), Səfurə İbrahimova (Dürdanə), Kəmalə Hüseynova (gənc Dürdanə), Nuriyyə Əhmədova (Roza), Larisa Xələfova (Əxlaqsız qadın), Muxtar Manıyev (İsrafil), Tələt Rəhmanov (Səfər), Nazim Ağayev (mahnı oxuyan), Tariyel Qasımov (Dürdanənin tanışı), Loğman Kərimov (Faytonçu), Dadaş Kazımov (Bəşir), Kamil Məhərrəmov (“Qızıldiş”) və digər aktyorlar çəkilib. 


Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avtomobillə sərnişin daşıma QADAĞAN OLUNUR 4 Aprel 2020, 12:48 Sabahın HAVA PROQNOZU 4 Aprel 2020, 12:40 Evdə qal və əməliyyatları Müştəri Bank-la et! 4 Aprel 2020, 12:34 Din-dən jurnalistlərə xəbərdarlıq: Avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzsiz 4 Aprel 2020, 12:32 Heydər Əliyevlə şair Qabilin zarafatları-2 - VİDEO 4 Aprel 2020, 12:27 Koronavirus beyinə ciddi zərər vura bilər  4 Aprel 2020, 12:25 “Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var” - Distant təhsilə əngəl 4 Aprel 2020, 12:18 Polis karantin qaydalarını pozan 3 obyekt aşkarladı 4 Aprel 2020, 12:10 Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun 4 Aprel 2020, 12:06 106 yaşlı kişi koronavirusdan sağaldı 4 Aprel 2020, 11:55 Ermənistanda virusa yoluxanların sayı 800-ə yaxınlaşır 4 Aprel 2020, 11:45 Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ 4 Aprel 2020, 11:35 Azərbaycanda klinikanın 10 işçisində koronavirus AŞKARLANDI 4 Aprel 2020, 11:18 Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı 4 Aprel 2020, 11:13 Qənirə Paşayeva seçicilərinə yardım göndərdi 4 Aprel 2020, 11:08 Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!” 4 Aprel 2020, 11:00 İbrahim Məmmədov: SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq 4 Aprel 2020, 10:58 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər   4 Aprel 2020, 10:53 BMT Azərbaycanın koronavirusla mübarizəsini alqışlayır 4 Aprel 2020, 10:52 Son sutkada karantin rejimini pozan 2189 sürücü və sərnişin CƏZALANIB 4 Aprel 2020, 10:46 İmmuniteti gücləndirən qidalar - SİYAHI 4 Aprel 2020, 10:45 Mərkəzi Bank hərraca 200 milyon manat cəlb edir 4 Aprel 2020, 10:36 Məşhur müğənni koronavirusa yoluxdu 4 Aprel 2020, 10:27 Neftin qiyməti yüksəlir 4 Aprel 2020, 10:19 Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 4 Aprel 2020, 10:08 Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi olub 4 Aprel 2020, 10:04 “Bütün əhali evdən çıxmadan testdən keçirilsin” - Karantin xəstəxanasının həkimi 4 Aprel 2020, 10:02 Astarada narkotacir iş başında yaxalandı 4 Aprel 2020, 09:50 ABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcək 4 Aprel 2020, 09:49 Cəbhədə gərgin gecə - Pulemyotlar susmadı 4 Aprel 2020, 09:39 ABŞ-da pandemiyaya yoluxanların sayı 300 minə çatır 4 Aprel 2020, 09:28 II Dünya Müharibəsindən salamat çıxan amerikalı virusa da qalib gəldi 4 Aprel 2020, 09:19 Heydər Əliyevlə dost olan Xalq şairi - VİDEO 4 Aprel 2020, 09:15 Tramp niyə maska taxmır? 4 Aprel 2020, 09:14 Neftçilikdən aktyorluğa keçən SƏNƏTKAR - FOTOLAR 4 Aprel 2020, 09:08