Modern.az

Əfsanəvi Freddi Merkurinin qəbri tapıldı

Əfsanəvi Freddi Merkurinin qəbri tapıldı

2 Mart 2013, 15:19

Queen qrupunun pərəstişkarları öz kumirlərinin dəfni ilə əlaqədar sirrin üstünü açıblar. Modern. az bildirir ki, “Queen” qrupunun pərəstişkarları sevimli qruplarının lideri Freddi Merkurinin dəfn olduğu yeri tapıblar. Onların yaydığı açıqlamada bildirilir ki, Kensal Green adlanan bu qəbirstanlıq Londonun qərbində yerləşir.

Məzarlıqda üzərində "In Loving Memory of Farrokh Bulsara"("Böyük məhəbbətlə Fərux Bulasarın xatirəsinə") yazılan lövhə tapıblar. Bundan əlavədə lövhənin üzərində fransız dilində "Pour être toujours près de toi avec tout mon amour" ("Məim bütün məhəbbətimlə səninlə sonsuza qədər birgə omaq üçün") yazılıb.

Onun pərəstişkarları hesab edir ki "М" hərfi ilə imzalanmış bu lövhə Meri Ostinə aiddir. Merkuri bu qadınla çox uzun illər birgə yaşayıb. Merkuri spid xəstəliyindən 45 yaşında vəfatetdikdən sonra  evi məhz bu qadına qalıb.

Qeyd edək ki, iranmənşəli hesab lunan Freddi Merkurinin əsl adı Fərrux Bulsaradır. Bəzi məlumatlara görə onun əsli  cənubi Azərbaycandandır. Fərrux  adını 1971-ci ildə dəyişib.


Günəş Fərhadlı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?