Modern.az

Obama Qarabağ münaqişəsilə bağlı Sərkisyana mesaj verdi

Obama Qarabağ münaqişəsilə bağlı Sərkisyana mesaj verdi

Aktual

4 Mart 2013, 09:14

ABŞ prezidenti Barak Obama erməni həmkarı Serj Sərkisyanı ikinci dəfə prezident seçilməsi münasibəti ilə təbrik edib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Obama ötən ay Ermənistanda keçirilən prezident seçkilərində yenidən qalib gələn hazırki ölkə başçısı Sərkisyana bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Təbrik məktubunda ABŞ-Erməninstan münasibətlərinin yeni dönəmdə uğurla davam edəcəyinə əmin olduğunu deyən B.Obama Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

ABŞ Prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair bundan sonra da səylərini davam etdirəcəklərini bildirib.

“Birgə əməkdaşlığımızı davam etdirməyə ümid edirəm. Biz söz veririk ki, Ermənistanın inkişafına yardımcı olacağıq, sizin rəhbərliyinizlə ölkə demokratikləşmə prosesi və iqtisadi islahatlar davam etdiriləcək. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində bundan sonrada səylərimizi davam etdirəcəyik. Bunun üçün məzmunlu addım atmaq lazımdır ki, uzunmüddətli sülh və təhlükəsizlik təmin olunsun. Biz həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də yardım edəcəyik”

Anar RÜSTƏMOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir