Modern.az

Ağdabanın işğal günü anıldı – FOTOLAR

Ağdabanın işğal günü anıldı – FOTOLAR

8 Aprel 2013, 15:39

Aprelin 8-də Gəncə şəhərində Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət  Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağdaban faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə rayon ictimaiyyətin nümayəndələri və ziyalılar iştirak ediblər.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədri, Ağdaban sakini Qənbər Qurbanov öz çıxışında qeyd  edib ki, Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı əməlləri də tarixin açılmamış səhifələrindən biridir.

“1992 –ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldurları xalqımızın başına növbəti bir faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndı tamamilə erməni seperatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verildi. 48 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşmüşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Erməni faşistləri mədəni irsimizə qarşı törətdiyi vandalizim siyasətinin davamı kimi Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş şair Ağdabanlı Qurbanın və oğlu klassik aşıq şeirinin usdadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandırıb talan edilər. Bu, bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi”.


Q.Qurbanov deyib ki, AĞDABAN FACİƏSİ bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi canlı şahidlərin yaddaşında silinməz izlər qoyub. Onun sözlərinə görə, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrımı bu gün bütün dünya tanımalıdır.

Çünki bu faciədə suçsuz qocaların, körpə və qadınların ən qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, bir sözlə insanlığın vəhşicəsinə məhvinə yönəlmiş hərəkətlərin edilməsi faktları bu gün də təzədir.


Tədbirdə bildirilib ki, Azərbaycan xalqının başına gətirilmiş faciələrin dünya ictimaiyyətinə catdırılmasında prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinçi xanımı, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Məhz bunun əyani nəticəsidir ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar xalqımızın başına gətirilmiş faciələrə hüquqi qiymət verib və ermənistanı təçəvüzkar dövlət kimi tanıyıblar.

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən hazırlanmış Ağdaban faciəsinin geniş ictimaiyyətə tanıdılması məqsədi ilə millət vəkili Fəzail Ağamalının ideya müəllifi olduğu, millət vəkili Cavid Qurbanovun təşəbbüsü ilə ərsəyə gəlmiş Ağdaban faciəsindən bəhs edən Ağdaban Faciəsi: Sındırılmış Sazın Fəryadı adlı bədəi-sənədli filim təqdim nümaiş olunub. Həmçinin Kəbəcər rayon orta  məktəblərinin şagirdləri faciəyə həsr olunmuş kompazisya gostərilib.

Həmçinin “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən  faciənin dunya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər planı tərtib edilib, tədbirlər planına uyğun olaraq  xarici ölkələrdə silsilə tədbirlər təşkil edir. Orta məktəbinin şagirdləri arasında inşa müsabiqələri kecirilib. Mütəmadi olaraq xalqımızın başına gətirilən faciələrlə bağlı diskusiyalar və s tədbirlər  təşkil edilir. Beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir