Modern.az

Heydər Əliyevin 90 illiyi Lənkəranda qeyd olunub

Heydər Əliyevin 90 illiyi Lənkəranda qeyd olunub

8 Aprel 2013, 15:48

Azərbaycanın hər yerində olduğu kimi Lənkəranda da mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı anım mərasimi keçirilib.  Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda rayon ağsaqqalları ilə biraraya gələrək dahi şəxsiyyət Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Bu barədə Modern.az deputatın qərargahından məlumat verilib. Bildirilib ki, tədbirdə Sovet dönəmindən tutmuş 2000-ci illərin əvvəllərinədək müddətdə  ulu öndərin apardığı cəsarətli, ardıcıl və xalqa xidmət edən uğurlu daxili və xarici siyasət bir daha rəqəmlər və konkret faktlarla ortaya qoyulub, respublikamızın iqdisadi, sosial və mədəni sahələrində qazanılan nailiyyətlərindən geniş danışılıb, bu nailiyyətlərin mərhum prezident Heydər Əliyevin bilavasitə adı və fəaliyyəti ilə bağlı olduğu qeyd olunub.

Çıxış edən ağsaqqallar, Sərhad Məmmədov, Barat Məhərrəmov, Şahrza Dövlətov, Teyyub Rzayev, Barat Kərimov və başqaları ümummilli liderlə bağlı xatirələrindən, onunla olan görüşlərindən söhbət açaraq Heydər Əliyevin fenominal bir şəxsiyyət olduğu bildirib.

Qeyd edilmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən irəli sürülmüş siyasət və qarşıya qoyulmuş vəzifələr bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, yeni-yeni dəstək proqramları ilə daha da gücləndirilir. Ölkədə geniş miqyaslı abadlıq, iqtisadi inkişaf, quruculuq işləri aparılır.

Sonra millət vəkili Hüseynbala Mirələmov və V.Adrianovun Heydər Əliyevlə bağlı birgə qələmə aldığı kitab mərasim iştirakçılarına paylanıb.

Görüşdə milli-mənəvi dəyərlərə hörmət, siyasi fəallıq məsələlərinə də yer ayrılıb. Sonda ağsaqqallar mərhum Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevi yeniden dövlət başçısı görmək istədiklərini bildirərək, yalnız  ona səs verəcəklərini vurğulayıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir