Modern.az

Azərbaycanda ali məktəblərə sənəd qəbulu başladı

Azərbaycanda ali məktəblərə sənəd qəbulu başladı

9 Aprel 2013, 09:15

Bu gündən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərdən sənəd qəbulu başlayır.
Modern.az-ın məlumatına görə, abituriyentlər aprelin 9-dan mayın 17-dək internet vasitəsilə elektron ərizələrini doldura və tələb olunan sənədləri aprelin 15-dən mayın 17-dək müvafiq sənəd qəbulu komissiyalarında təsdiq etdirməlidirlər.

Sənəd qəbulu komissiyaları hər gün şənbə və bazar günləri istisna olmaqla saat  9-dan 17-dək fəaliyyət göstərəcək.

Hərbi liseylərə ərizə qəbulu 15 aprel - 25 iyunda həyata keçiriləcək.

Ali məktəblərə qəbul imtahanlarının vaxtı da müəyyənləşib. III qrup 14 iyul, I qrup 21 iyul, IV qrup 28 iyul, II qrup üzrə  isə avqustun 3-də imtahan verəcək.

Ali məktəblərə ixtisas seçimi avqustun 6-dan 15-nə kimi aparılacaq.

 

 

Ərizə qəbulunun tam mətni “Abituriyent” jurnalının ikinci sayında dərc olunub.

Aytən Əliyeva  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!