Modern.az

Tanınmış telejurnalist evlilik məsələsinə aydınlıq gətirdi

Tanınmış telejurnalist evlilik məsələsinə aydınlıq gətirdi

Media

12 Aprel 2013, 17:50

Tanınmış telejurnalist, Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı Modern.az saytının yeni yaradılan “Caspian International Broadcasting Company” (CBC) telekanalının direktoru Azər Xəlilovun onun həyat yoldaşı olması xəbərini təkzib edib:

"Azər Xəlilov Azərbaycanda, mən ABŞ-da. Aramızda heç bir əlaqə yoxdur. 12 ildən çoxdur ayrılmışıq. Xahis edirəm məni, məndən xəbərsiz heç kəslə “evləndirməyin”.

"Bəs «ATV İnternational» telekanalının bazasında yaradılan «CBC»yə münasibətiniz necədir” sualına xanım telejurnalist belə cavab verib:

“Bu, ölü doğulan körpədir. Söhbət Azər Xəlilovun uğursuz seçim olmasından getmir. Kadr ikinci dərəcəli məsələdir. Söhbət jurnalistika prinsiplərindən gedir. Bahalı avadanlıq almaqla, xaricdə kiminsə rəyinə təsir edəcəyimizi düşünmək gülüncdür”.

Xatırladaq ki, SOCAR-ın tabeliyinə keçən «ATV İnternational»ın adı dəyişdirilib. Kanal bundan sonra SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək və «CBC» (Caspian International Broadcasting Company) adı altında fəaliyyət göstərəcək 

Televiziya kanalına jurnalist Azər Xəlilov direktor təyin olunub. O, 1999-cı illərin əvvəllərində Azərbaycan mətbuatında çalışıb, bir sıra xarici KİV ilə əməkdaşlıq edib, BBC-nin Azərbaycan xidmətinə rəhbərlik edib. 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir