Modern.az

Etibar Məmmədovun oğluna vəzifə verildi

Etibar Məmmədovun oğluna vəzifə verildi

Təhsil

15 Aprel 2013, 15:12


Azərbaycan Milli İstiqlal Partiyasının Gənclər Təşkilatınna yeni sədr seçilib. Modern.az-ın məlumatına görə, partiyanın Gənclər Təşkilatına yeni sədri Ayxan Etibaroğlu seçilib.

Qeyd edək ki, bu gün AMİP GK-nın konfransı keçirilib. Konfransda görülən işlərlə bağlı GT-nın sədri Afsəddin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Daha sonra gündəliyin təşkilatı məsələ hissəsində Gənclər Təşkilatınin sədrliyinə namizədlər irəli sürülüb. Ayxan Etibaroğlu və Qəhrəman Sadikovun namizədliyi gizli səsvermə bülleteninə daxil edilib. Keçirilən gizli səsvermənin nəticələrinə görə Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədri seçilib.

A. Etibaroğlu AMİP lideri Etibar Məmmədovun oğludur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi