Arxiv
4 May 2013, 09:33 | AKTUAL
Fərhad Məmmədov: “ABŞ-nın bu addımı onun Azərbaycandakı imicinə ciddi ziyan vurub”


Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov ABŞ-ın Prinston Universitetində (LISD) təşkil edilmiş dəyirmi masada “Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri və münaqişələr” mövzusunda çıxış edib.
Modern.az-ın məlumatına görə, F.Məmməd mövzu ilə əlaqədar bildirib:

“Tarix və Azərbaycanın coğrafi şəraiti ölkəmizin müxtəlif geosiyasi identikliyin yaranmasına səbəb olmuşdur. Məsələn, Azərbaycan coğrafi mövqeyinə görə Avropanın bir hissəsidir, ölkəmiz siyasi baxımdan Avropa Şurasının üzvüdür,  Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edir. Dini cəhətdən böyük islam dünyasının bir parçası olsaq da, dünyəvi dövlətik və bunu yüksək dəyərləndiririk. Mədəni identikliyə gəldikdə isə türk dünyasına daxilik və Türkiyə, Mərkəzi Asiya, Ural və Sibir xalqları ilə yaxın qohumluq əlaqələrimiz vardır. Tarixi baxımdan iki yüz il ərzində Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olmuşuq və son dövrlərə kimi bizi «postsovet məkanı ölkələri» sırasına daxil edirdilər. Bundan başqa, ölkəmizi Böyük Yaxın Şərqə, Qara dəniz-Xəzər dənizi regionuna və s. aid edirlər. Beləliklə, Azərbaycan, bütövlükdə isə Cənubi Qafqaz bir sıra regionlara şamil olunmaqla əsas etibarı ilə ayırıcı xətt rolunu oynamaqdadır.

Cənubi Qafqazın hər üç respublikası müstəqillik əldə etdikdən sonra hər biri özünün fərdi inkişaf yolunu seçmişdir. Təəssüf ki, bu yollar bir-biri ilə bəzən ziddiyətdədir. Əfsuslar olsun ki, Cənubi Qafqaz nə siyasi, nə iqtisadi, nə də mədəni inteqrasiya baxımından mükəmməl regiona çevrilə bilməmişdir. Pozitiv nümunə qismində isə Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlığı göstərmək olar. Belə ki, son iyirmi il ərzində ölkələrimiz arasında sağlam, qarşılıqlı faydalı və qarşılıqlı asılılıq prinsirpinə söykənən münasibətlər formalaşmışdır. Azərbaycan özünün əsas neft və qaz kəmərlərini Gürcüstan ərazisindən çəkmiş,  burada dəmir yolu xətti inşa edir və bu ölkənin iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoymuşdur. Hazırda bütün region maliyyəsinin 80%-i Azərbaycanda cəmləşmişdir və Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun 76%-i dövlətimizin payına düşür.

Azərbaycan bütün diqqətini müstəqil dövlət quruculuğuna yönəltmiş və bu sahədə Gürcüstanın enerji təhlükəsizliyini təmin etməklə, bu ölkəyə sərmayələr qoymaqla onun real müstəqilliyinə şərait yaradır. Lakin, regionun üçüncü dövləti – Ermənistan yürütdüyü təcavüzkar siyasət nəticəsində özünü regional inteqrasiya proseslərindən tədric etmişdir. Azərbaycan ərazisinin 20%-ni işğal etməsinə, Dağlıq Qarabağda və ona ətrafında yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siysəti həyata keçirməsinə görə Azərbaycan və Türkiyə təcavüzkar dövlətlə olan sərhədlərini bağlamalı olmuşlar.

Əlbəttə, Cənubi Qafqazın qonşu dövlətlərinin və dünyanın güc mərkəzlərinin regiona öz baxışları vardır. Lakin bu heç də o demək deyildir ki, Cənubi Qafqaz ölkələri dünyanın böyük və güclü dövlətlərinin iradələrinin müti icraçıları olmalıdırlar. Hər halda, Azərbaycan və Gürcüstan inkişaf yollarını özlərinin milli maraqlarına uyğun formalaşdırmaqda qərarlıdırlar.

Azərbaycan və Gürcüstanın inkişafı bu ölkələrin ərazilərində baş verən münaqişələr və onların bir hissəsinin işğalı ilə müşayət edilir. Biz bütün geoiqtisadi layihələrin reallaşdırılmasına nail olmuşuq və irəlidəki onillikləri hədəfə götürən inkişaf baxışlarımızı formalaşdırırıq. Lakin bu sözləri iqtisiadi inkişafını hətta 2008-ci il səviyyəsinə çatdıra bilməyən Ermənistan haqqında deyə bilmərik. Bundan başqa, Ermənistan dövlətinin hərbiləşdirilməsi maksimal həddə çatmışdır. Hərbi büdcə Ermənistanın ÜDM-nin 5,5% artıqdır.

Cənubi Qafqaz yalnız o şərtlə iqtisadi cəhətdən inkişaf etmiş güclü regiona çevrilə bilər ki, buradakı münaqişələr tənzimlənsin, və region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlər qurulsun. Cənubi Qafqazdakı münaqişələr regional təhlükəsizliyə qarşı əsas təhdidlərdir və bütün bölgənin asılı vəziyyətə salınmasına şərait yaradır.

Digər tərəfdən, regionda yarımçıq qərarlar, məsələn, ABŞ-nin dəstəklədiyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması kimi səylər həyata keçirilməməlidir. Bu təşəbbüs səmərəsiz olmuşdur. Çünki, Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə Türkiyə bu ölkə ilə sərhədlərini bağlamışdır. Zəbt olunan ərazilər geni qaytarılmayana qədər sərhədlərin açılması mümkünsüzdür. Bu hərəkət təcavüzkar dövləti cəzalandırmağın yeganə formasıdır. Əks təqdirdə, Ermənistan özünün cazasız qalmasına daha da əmin olacaqdır. ABŞ-nın bu addımı onun Azərbaycandakı imicinə ciddi ziyan vurmuşdur. Belə ki, Azərbaycan əhalisi ABŞ-nın Gürcüstana münasibətdə Cənubi Osetiya və Abxaziyada baş verənləri «təcavüz» adlandırdığını, lakin Dağlıq Qarabağa dair birmənalı və praktiki adımlar atadığını aydın görür.

Terrorçuluq, dini fundamentalizm və digər qlobal tendensiyalar bizim region üçün təhdidlərdir. Münaqişələrin nizamlansması bu təhdidlərə qarşı daha səmərəli fəaliyyət üçün şərait yarada bilər. Nə qədər ki,  regionda Dağlıq Qarabağ kimi silah, narkotik maddələr istehsal edən, digər qanunazidd fəaliyyətlə məşğul olan nəzarətsiz zonalar var, biz Cənubi Qafqazın təhlükəsiz region olduğunu deyə bilməyəcəyik.

Bizim üçün vacibdir ki, Cənubi Qafqazın qonşuları və dünyanın güc mərkəzləri regionun münaqişədən sonrakı dövrünün mənzərəsi haqqında təsəvvürlərə malik olsunlar. Azərbaycan və Gürcüstan bütün regionun inkişafını və Cənubi Qafqazda sülh və təhlükəsizliyə təminatı məqsəd götürən aydın xarici siyasət həyata keçirirlər.

Azərbaycan bu illər ərzində regionda öhdəsinə götürdüyü bütün layihələri reallaşdırmaqla özündə məsuliyyətli tərəfdaş obrazını formalaşdırır. Biz ABŞ -nin Türkiyə, İsrail, Gürcüstan, Yunanıstan, İtaliya kimi müttəfiqlərinin enerji təhlükəsizliyinin təminatçısıyıq. NATO-nun yük və təyyarələri, bütövlükdə Əfqanistana göndərilən yüklərin 40%-i Azərbaycanın hava məkanından keçir. Bununla yanaşı, bizim ABŞ ilə məhsuldar qarşılıqlı münasibətlərimiz Mərəzi Asiya dövlətləri üçün nümunə ola bilər”.

Modern.a 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18 Heydər Əliyevin tarixi çıxışı: “Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”  12 Dekabr 2019, 15:17 Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq 12 Dekabr 2019, 15:12 Heydər Əliyevin abidəsi önündə düşüncələr - Abbas Əliyev YAZIR 12 Dekabr 2019, 14:58 Tarix İnstitutu Heydər Əliyev İnstitutunun yaradılması ideyasını DƏSTƏKLƏDİ 12 Dekabr 2019, 14:53 Diaqnostik qiymətləndirmədən sonra psixoloqların maaşı artacaq? - Nazirlikdən açıqlama 12 Dekabr 2019, 14:49 Gürcüstan parlamentində İNSİDENT – Deputatlar evakuasiya olundu 12 Dekabr 2019, 14:39 Nazir müavinindən direktorlar və təhsil şöbələrinin müdirlərinə XƏBƏRDARLIQ 12 Dekabr 2019, 14:37 Yeni il bayramında məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA 12 Dekabr 2019, 14:29