Modern.az

Bakıda Amerika Təhsil Sərgisi keçirilir

Bakıda Amerika Təhsil Sərgisi keçirilir

Dünya

1 Noyabr 2013, 10:39
Noyabrın 1-də ABŞ-ın Azərbaycandakı Səfirliyi və Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) Amerika Təhsil Sərgisi keçirir. Sərginin  məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən və azərbaycanlı tələbələr ilə görüşə gələn ABŞ Universitetinin nümayəndələri  ilə görüşə biləcək, maraqlandıran suallarla onlara müraciət edə biləcəklər.  
Yarmarkada 25 dən çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq.  
Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcəklər və həmçinin yarmarka iştirakçılarını materiallarla və bukletlərlə təmin edəcəklər. Sərgidə ABŞ Səfirliyinin nümayəndələri də iştirak edəcəklər.

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!