Arxiv
12 Dekabr 2018, 17:56 | ƏDƏBİYYAT
21 Azər hərəkatı və davam edən əsarət

Dekabrın 12-də 21 Azər Hərəkatının 73-cü ildönümü tamam olur. Həm İran, həm də keçmiş SSRİ tərəfindən döyülən, söyülən, təhqirlərə tuş gələn, məhv edilən hərəkatın mahiyyətini anlamaqdan əslində bir xalq olaraq uzaq düşmüşük.

21 Azər Hərəkatı hər şeydən əvvəl Güney Azərbaycan demokratlarının SSRİ-yə bel bağlamağının acı nəticələrini göstərdi. Ancaq hərəkat Moskvanın istəyinin nəticəsi kimi meydana çıxmadı, tamamilə milli yön aldı. Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsində (Güney Azərbaycanda) Milli Hökumətin qurulması, Moskvanın istədiyi kimi hadisələrin cərəyan etməməsi, Qərbin, Avropanın sözügedən məsələyə cidd-cəhdlə qarışması səbəbindən bir il sonra Milli Hökumət süqut etdi.

Milli Hökumətin birillik varlığı, ümumiyyətlə, Pişəvəri hərəkatının süqutu bizə aşağıdakı dərsi verdi: Azərbaycan nə qədər ki, ikidir, bütövlüyümüz yoxdur, Türk Ulusu olaraq varlığımızın təsdiqi bilinməyəcək.

***

Tarixi parçalanmalarımızın səbəblərini diqqətlə öyrənməliyik.

Pişəvəri zaman-zaman İran tərəfdən "satqın", "Sovetlərin casusu", “Moskvanın əlaltısı", "Vətən xaini" kimi ittihamlara tuş gəlib, indi də gəlməkdədir. Ancaq ona bu ittihamlar yapışmaz. Onun Moskvanın imkanlarından istifadə etmək cəhdi və acı gerçəkliyi (sonucu) isə ortadadır.


Birillik dönəmdə Pişəvəri Hökumətinin gördüyü genişmiqyaslı xəlqi işlər misilsizdir: qadınlara kişilərlə yanaşı, hüquq verilməsi, anbarlarda saxlanılan məhsulların sabit dövlət qiyməti ilə bazarlara çıxarılması, çox işlənən ərzaq məhsulları üzərindən vergilərin götürülməsi, savadsızlığın ləğv edilməsi ilə bağlı kursların, radio stansiyası və bankların milliləşdirildirilməsi, körpə evlərinin, xəstəxanaların təsisi, ana dilində kitabların çapı, Azərbaycan türklərindən başqa burada yaşayan xalqların nümayəndələrinin də eyni hüquqlara malik olması, torpaq islahatının həyata keçirilməsi, Milli Hökumətin xüsusi proqramının hazırlanması, ana dilində məktəblərin, kitabxanaların açılması, başlıcası isə Azərbaycan Türkcəsinin dövlət dili elan edilməsi...

Bu, o dönəm idi ki, 1925-ci ildən bəri (Rza şah dövründən) Azərbaycan türkcəmizin rəsmi olaraq (hətta türk ailələrində belə!) işlədilməsi qadağan idi. Pişəvəri dönəmində fars şovinizmi tərəfindən farslaşdırılmış yurd-yer adlarının türkcələşdirilməsinə başlanıldı, milli universitet təşkili edildi, milli musiqimizin, mədəniyyətimizin inkişafı ilə də bağlı işlər görüldü…


***

Ancaq böyük mənada xalq yaradılması işi baş tutmadı. Bu da təbiidir, çünki xalqın yaradılması siyasətin yox, milli ruhaniyyatın, Dünyabaxışın işidir.

Ümumi, az qala maddi sınırlar ölçüsündəki islahatlar millətimizin onillər, yüzillər ərzində ayaqda qalmasını yarada bilməzdi, necə ki, yaratmadı. Ulusumuz yüzillərdən bəri özündən ayrılmış, dövlətçilik ənənəsindən məhrum edilmişdi. Bunlar Pişəvəri hərəkatının çöküşünü yaradan başlıca amillər idi. Milli istəyimiz böyük olduğu dərəcədə gerçəkləşmə imkanlarımız zəif oldu.

Hərəkatın qələbəsindən az sonra Moskva Azərbaycan Milli Hökumətini Tehranla danışıqlara getməyə məcbur etdi. Pişəvəri vəziyyətdən çıxış yolu axtarsa da, tapa bilmədi. Ancaq bir çıxış yolu vardı: İranla bağlanmış müqavilədən imtina etmək, xalqı yeni mübarizə mərhələsinə kökləmək. SSRİ adlı nəhəng özgəlik kabusu isə bu məqamda İranla dil tapa bildi. Qərblə də anlaşma yarandı. Beləliklə, Güney Azərbaycanımız tamamilə təkləndi.

***

Haradasa Səttarxan Məşrutəsi dönəmindəki kimi bir vəziyyət yaratdılar ulusumuza, yurdumuza qarşı. 1946-cı ilin noyabrında qırğınlar başlandı. Bir neçə ayda rəsmi şəkildə 25 min nəfər soydaşımız güllələndi və asıldı.

Bu hadısələr zamanı Pişəvərinin Mircəfər Bağırova müraciətini və Bakıdan heç bir kömək almamasını, ala bilməməsini təbii sayıram. Bağırov Moskvanın əmrlərini canla-başla yerinə yetirirdi, ondan nə gözləmək olardı ki?

***

Bəs bu hadisələrdən az sonra gerçəkləşən Pişəvərinin ölümü bizə nə deyir? Pişəvəri təsadüfən qəzaya düşdü, ya “avtoqəza oyununda” öldürüldü? Təhlillər göstərir ki, Pişəvərinin qətli peşəkar şəkildə həyata keçirilib. Moskva ehtiyatlandı ki, Pişəvəri yenidən Güneyə qayıda, ən azı ordakıları ayağa qaldıra bilər. Bütün hallarda isə Pişəvərinin sağ qalması üçün heç bir işıq ucu yox idi.

21 Azər (12 Dekabr) – Pişəvəri Hərəkatı Ulusumuz üçün dərsdir, İnam Ata (Asif Ata) demişkən, öyrənməli, ötməli bir dərs. Bu yerdə Atanın bir fikrini də xatırlatmaq istəyirəm: “Özgəyə bel bağlayıb özümləşmək meyli faciəvi yanlışlıqdır”.

Qaranlıqları yalnız Mütləqə İnam işığıyla yarmaq olar: özümləşmək, ruhən dərinləşmək, sözün böyük mənasında ulus olmaq…

Bir olmaq, Bütöv olmaq aqibətimiz var – ona yetməliyik: haya-küyə getmədən, zamana bac vermədən. Uzun yolun yolçularıyıq – asan sayılan yollar bizi xilas etməz.


İşıqlı Atalı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada G7 sammiti başlayır 24 Avqust 2019, 10:59 Azərbaycanın idxaldan ən asılı olduğu sahə... – Ekspert rəsmi statistikaya inanmır: “Şişirdilib” 24 Avqust 2019, 10:56 “Azəriqaz” istirahət günləri də çalışacaq 24 Avqust 2019, 10:51 Gürcüstanda azərbaycanlı tələbə suda boğulub 24 Avqust 2019, 10:47 Şəkidə baş verən yanğın da söndürül 24 Avqust 2019, 10:38 Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi 24 Avqust 2019, 10:23 Hirkan Milli Parkında yanğın tam söndürülüb 24 Avqust 2019, 10:04 Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır 24 Avqust 2019, 09:55 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Avqust 2019, 09:40 İstirahət günləri hava necə olacaq? - PROQNOZ 24 Avqust 2019, 09:24 Xəzər dənizində zəlzələ olub 24 Avqust 2019, 09:06 Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu 24 Avqust 2019, 08:55 Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20