Modern.az

Ordu generalı olan birinci ledi - FOTOLAR

Ordu generalı olan birinci ledi - FOTOLAR

4 Fevral 2014, 15:16

Pen Liyuan Çin liderini rəsmi səfərdə müşayiət edən ilk birinci ledidir


Modern.az
 saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Çinin birinci xanımından bəhs edirik.

O, Çinin birinci ledisi olana qədər artıq ərini kölgədə buraxmışdı.

Ümumiyyətlə, Çində yüksək çinli məmurların şəxsi həyatı haqda geniş və hərtərəfli informasiya yaymaq qəbul olunmayıb. Pen Liyuan ölkədə tanınmış müğənnidir, xalq və vətənpərvərlik mahnılarının ifaçısıdır, milyonlarla çinlinin sevimlisidir. O, Çin üçün Alla Puqaçovanın ruslar üçün olduğu qədər simvol sayılır. Fərq yalnız ondadır ki, Alla Borisovna vətənpərvərlik mahnıları ifa etmir. Çinlilər Pen Liyuanı 1982-ci ildən xatırlayır - dövlət televiziyasında yaz qala-konsertindən sonra. Amma ərinin məmur karyerası pillə-pillə yüksəldikcə, Çinin ulduzu yavaş-yavaş səhnədən uzaqlaşmağa başlayıb.

Yüksək ranqlı Çin məmurları üçün şəxsi həyatları ilə bağlı məlumatların işıq üzü görməsi qəbul olunan deyil, şəxsi həyatları haqda isə qətiyyən yazmaq olmaz. Maksimum halda həyat yoldaşları onları dövlət səfərlərində müşayiət edə bilərlər. Bu super gizlilik Mao Tsedunun qadınından sonra başlayıb. O, fəal şəkildə dövlətin idarə olunmasına müdaxilə edib, əleyhdarlarını məhv edib, hətta cəhd edib ki, tamamilə hakimiyyəti ələ alsın. Böyük Maonun ölümündən sonra onu həbsxanaya göndəriblər.

CXR-də siyasətçilərin arvadlarına Mao Tseodunun zamanından ehtiyatla yanaşırlar, bu, ilk növbədə ənənələr və tarixi təcrübə ilə bağlıdır. Çində çoxlu atalar sözü var və bəziləri hələ də istifadə olunur, bunlardan birində qadının hakimiyyətə qədər yüksələ bilməsindən söhbət gedir: “Böyük gözəllik şəhər və ölkələrin çöküşünə gətirib çıxarır”.


Səhnə ulduzluğundan internet ulduzluğuna

Hər şeyə rəğmən Pen bu gün də həmişəki kimi çox populyardır. O, həm də internetin ulduzudur. Növbəti həyəcanlı məqam Si Tzinpinyanın ÇXR-in yeni başçısı statusunda Moskvaya səfəri zamanı baş verib. Ölkə rəhbərlərinin vacib dövləti məsələlərinin müzakirəsi zamanı çinli bloggerlər fəal şəkildə Pen Liuyanı müzakirə ediblər. Onun davranış maneraları, stili və geyimi xüsusi müzakirə mövzusu olub. Çinin birinci ledisinin əri ilə təyyarədən endiyi vaxt çəkilən foto bloqlarda 25 min dəfə çap olunub və milyondan çox şərh yazılıb. Halbuki Çinin bloggerləri öz liderlərinin dövlət səfərləri haqda, adətən az söhbət açırlar. Amma görünür ki, Penə öz həmvətənləri laqeyd qalmayıblar: “O,  Çini təmsil edir: gözəl və incədir”, - birinci lediyə heyran qalan bloggerlərdən biri yazıb. “Kim belə qadını sevməz və onunla hədsiz xoşbəxt olmaz”, - ikinci blogger isə bunu yazıb.


Dünyanı qadınlar xilas edəcək?

Pen Liyuanı dünyada çox yaxşı qəbul ediblər, o CXR-in imicinin yüksəlməsinə səbəb olub. Bundan əlavə, o, fəal şəkildə SPİD-ə qarşı mübarizədə ictimai işlə məşğuldur, BMT-nin xoşməramlı səfiridir. Amma ona Çinin özündə daha çox pərəstiş edirlər, həddindən artıq sevirlər, ona faktiki olaraq səcdə edirlər, ilahiləşdirirlər. Ümumiyyətlə, hesab etmirlər ki, birinci ledinin müğənni olması qəbahətlidir. Hətta, əksinə qürur duyurlar. Çinin universitetlərindən birinin ictimai əlaqələr fakültəsinin dekan müavini qeyd edib ki, Pen Liyunun Rusiyaya səfəri, onun haqqında reportajlar ölkə rəhbərliyinə ictimaiyyətin münasibətini müsbət mənada xeyli dəyişib.

Bundan əlavə, o respublikada ilk müğənnidir ki, ənənəvi musiqi ixtisası üzrə magistr dərəcəsini alıb. Doğrudur, CXR-in hakim Kommunist Partiyası hesab edir ki, müğənni dövlət başçısının arvadı üçün o qədər uyğun gələn məşğuliyyət deyil, ancaq Çin vətəndaşları əksinə, hesab edirlər ki, bu peşənin sahibi olmağın heç bir utanc gətirən tərəfi yoxdur və talantlı birinci ledi ilə qürur duyurlar. Çinli sosioloq Li İnxe əmindir ki, Pen Liyuanın stereotipləri yox etmək şansı var, hansı ki, Çində dövlət vəzifəsində çalışan kişilərin arvadları həmişə gözəgörünməz olublar və kütlə qarşısında az-az görünüblər. Yalnız onun narahatlığı ondadır ki, Si Tzinpinin arvadı nəticədə rəhbərin özündən daha populyar ola bilər.


Birinci ledi ordu general-mayorudur

Çinin indiki birinci ledisi Pen Liyuan kiçik Şandun əyalətində anadan olub və 18 yaşında orduda çıxış edib. Si Tzinpinlə görüşənə qədər kifayət qədər populyar olub. Ümumi dostları 1986-cı ildə onları tanış edəndə o artıq “əsrin məşhur müğənnisi” kimi tanınırdı. O vaxt Si, inqilab qəhrəmanının oğlu, Futszyan əyalətində orta səviyyəli məmur idi, təzəlikcə birinci arvadından boşanmışdı. O 2007-ci ildə “Çjanzyan Vanbao” nəşrinə müsahibəsində deyirdi ki, birinci görüş onda heç bir təəssürat oyatmayıb: “O mənə qaba adam  təsiri bağışladı, bundan əlavə, o öz yaşından böyük görünürdü”. Amma Si onu dilə tutan kimi hər şey dəyişib. Bir il sonra evləniblər.

Pen Liyuan Çinin xalq azadlıq ordusunun mahnı və rəqs ansamblının solistidir, general-mayor rütbəsi var. 1982-ci ildən başlayaraq hər il Çinin CCTV mərkəzi televiziyasında yeni il qabağı ən populyar proqram olan qala-konsertdə oxuyub.

Pen Liyuan qadınların nüfuzlu kişilərə qarşı davranışları ilə bağlı bir sıra yazılmamış qanunlara riayət edib. Onun əri partiya nərdivanı ilə pillə-pillə qalxdıqca, o da daha tanınmış olub. Bir dəfə Sinqapur nəşrinə müsahibəsində deyib ki, 1990-cı ildə 350 konsert verib, onlardan biri də Nyu-Yorkdakı Linkoln Mərkəzində baş tutub. Ancaq əri 2007-ci ildən Siyasi Büronun Daimi Komitə üzvü olandan hər il keçirilən - Çində ənənəvi olaraq yeni il - Bahar bayramında iştirakdan imtina edib. 

Əri Si Tzinpin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi postuna tərəf irəliləyəndən Pen Liyuanın imici cəmiyyətdə hiss olunacaq dərəcədə dəyişib. O, hətta şalvar geyinməkdən vaz keçib, hərbi formasını da dəyişib, kostyum geyinməyə başlayıb.

Si Tzinpin ilk Çin lideridir ki, rəsmi səfərlərdə onu arvadı Pen Liuyan müşayiət edir. Bu diplomatik protokolun vacib qaydasıdır, amma Çin üçün yenidir və hələ ki ənənəvi hadisə deyil.

Birinci ledi tez-tez ictimai və mədəni tədbirlərdə iştirak edir, məsələn, xəstəxanalara, uşaq evlərinə gedir, bədii ansambllara baş çəkir. Təşkil olunan bu tədbirlərin böyük hissəsi qadın və uşaqların maraq və hüquqlarına həsr olunur.

Pen Liyuan müasir Çində əxlaq prinsiplərinin və ailə dəyərlərinin simvolu hesab olunur, çünki bu ölkədə daima nikah və ailə böhranı yaşanır. Əgər Si Tzinpinin arvadı, tanınmış müğənni Pen Liyuana həmvətənləri böyük hörmət bəsləyirsə, bunu yalnız özünün ailə vəziyyətinə görə deyil, həm də şəxsi qürurluluğu, xeyirxahlığı, comərdliyi ilə qazanıb.

Çin kişilərinin şovinizmi üzündən qadınlar uzun illər hakimiyyət həsrətində qalıblar. İyirminci əsrə qədər bu ölkədə qadınlara hətta təhsil almaq və ali bürokratik aparatın heyətinə daxil olmaq qadağan idi. Aclıq dövründə oğlanlar həmişə birinci yemək yeyərdilər. Qızların ayaqlarını elə möhkəm bağlayardılar ki, onlar gəzə belə bilməsinlər, sonralar onları əşya kimi kişilərin evinə verərdilər.


Mişel Obama ilə müqayisə edilən birinci ledi

İndi 51 yaşı var. Onu xarici görünüşünə, davranışlarına görə Fransanın keçmiş birinci ledisi Karla Bruni və ABŞ-ın indiki birinci ledisi Mişel Obama ilə müqayisə edirlər.

Pen Lyiuan əri haqda söhbət düşəndə deyir: “O, mənimlə kiçik bacısı kimi davranır. O, gözəl kişi və atadır. O, çox məşğuldur, tamam özünü yaddan çıxararaq milyonlarla ailənin qayğısını çəkir. Nə zaman evdədirsə, mən onu ləzzətli yeməklərə qonaq edirəm”.

Sadə evdar qadın kimi Pen Liyuan ev təsərrüfatı ilə məşğul olur, ərzaq alır: “Si Tzinpin evə qayıdanda heç vaxt onun üzünə rəhbər kimi baxmıram. Mənim üçün o - sadəcə ərdir. O da mənə ulduz kimi baxmır, mən onun üçün, sadəcə arvadıyam”.

“Si Tzinpin çox yaxşı adamdır, o insanların qarşısında ciddiliyini və xoş xasiyyətini, mehribanlılığını, rəhmliliyini, mərhəmətin nümayiş etdirir. O, öz yolunu seçib - xalqın xidmətçisi olmağı”.

Bunu da birinci ledi deyib.

Si Tzinpin və Pen Liyuan işlərinə görə tez-tez ayrılmalı olsalar da, buna baxmayaraq həmişə bir-birini başa düşür və dəstəkləyir, bir-birinə qayğı göstərmək üçün hər şeyi edirlər. Uzun illər boyu Si Tzinpin arvadına yatmamışdan əvvəl ən azı bir dəfə zəng edib. Çin üçün ənənəvi yeni il sayılan Bahar bayramı zamanı Pen Liyuan Çinin dövlət televiziyasındakı qala-konsertdə çıxış edib. Uzun illər boyu Si Tzinpin pelmen hazırlayar, eyni zamanda çıxışına baxar, arvadının evə qayıtmağını gözləyərdi ki, onunla birgə bayram pelmeni yesin.

Ərlə arvadın Si Minze adında qızları var.

“Təmiz həyat yaşamaq və cəmiyyətə gərəkli insan olmaq”. Onlar da qızlarından bunu gözləyirlər, bu həm də onların ailə devizidir.










Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir