Modern.az

Söyün Sadıqov: “Jirinovski ilə azərbaycanlı siyasətçilərin teledebatını təşkil etmək mümkündür” - AÇIQLAMA

Söyün Sadıqov: “Jirinovski ilə azərbaycanlı siyasətçilərin teledebatını təşkil etmək mümkündür” - AÇIQLAMA

18 Aprel 2014, 16:27

«Rusiya telekanallarının birində Vladimir Jirinovski ilə azərbaycanlı siyasətçilərin teledebatının təşkil olunması mümkündür”. Bunu Modern.az saytına açıqlamasında ““AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü Söyün Sadıqov bildirib. Onun sözlərinə görə, bununla bağlı efir üçün lazım olan məbləğin ödənməsini təşkil edə bilər.

“Amma debata siyasi sambalı olan azərbaycanlı siyasətçiləri çağırmaq lazımdır”-deyə S.Sadıqov vurğulayıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl ASDP sədri Araz Əlizadə Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə teledebata hazır olduğunu bəyan edib.
“Mən onun bütün arqumentlərini dağıtmağa hazıram. Əgər oliqarxlar Rusiya efirində belə bir debatı təşkil etsələr, Jirinovskiyə necə səhv etdiyini başa salacağam”-deyə A.Əlizadə bildirmişdi.

V.Jirinovski son zamanlar Azərbaycan əleyhinə bəyanatları ilə göndəmə gəlib. Onun “Qarabağın Rusiyaya birləşdiriməsi ilə bağlı təklifi Azərbaycanda ciddi etirazla qarşılanıb.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu