Modern.az

Cavid Qurbanov Bakıdakı tıxacların səbəbini açıqladı

Cavid Qurbanov Bakıdakı tıxacların səbəbini açıqladı

18 Aprel 2014, 18:01


Ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yol kənarlarındakı avtodayanacaqların yığışdırılması ilə bağlı göstəriş verib.
Modern.az-ın xəbərinə görə, “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov bildirib ki, vaxtilə binalar tikilən zaman “parkinq”lər nəzərdə tutulmayıb: “Avstryada, Parisdə insanlar 300 il bundan əvvəl şəhəri tikəndə onun bünövrəsini qoyublar. Həmin şəhəri tikən mühəndis fikirləşib ki, bu şəhərdə nə zamansa 4 milyon insan yaşaya bilər. Amma Bakı şəhərində bu altyapı deyilən bir şey yoxdur. Ona görə də şəhərdə tıxacaq əmələ gəlir. Bizdə elə də böyük tixac olmur. Sadəcə, küçələrimiz dardır. Məsələn, şəhərin Ziya Bünyadov küçəsi kimi...
Bundan başqa şəhərdə çoxlu gecəqondular var. Şəhərimiz onsuz da köndələndir. Kim necə istəyib balkon çıxardıb, kim istəyib “sambo” tikib yola çıxardır. Hesab edirəm ki, bu bir psixologiyadır. Bütün bu məsələlərin həlli üçün zaman lazımdır”.

ASC rəhbəri onu da qeyd edib ki, dünyanın hər yerində küçələrdə polislər dayanır və durma qaydalarını pozanları cərimələyirlər.

“Bütün bunlar azmiş kimi bir də görürsən ki, avtomobili yolun ortasında saxlayırlar. Təbii ki, bu zaman polis avtomobil sahibini cərimələməlidir. Məsələnin kompleks həlli üçün Dövlət Yol Polisi ilə birgə plan hazırlanmalıdır ki, avtomobil şəhərin hansı yerindı dayana bilər. Bunun üçün aparatlar, kameralar quraşdırılmalıdır. Səhv edən şəxslər ciddi cəzalandırılmalıdır”.

Avtodayanacaqlardaki qiymətlərin bahalığına gəlincə isə C.Qurbanov bildirib ki, bu məsələyə Tarif Şurası qərar verir.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir