Arxiv
1 Oktyabr 2009, 17:37 |
Xidmət haqlarını ödəməklə bağlı təkliflər var

Kommunal xidmətlərdən güzəştlə yararlanan məcburi köçkün ailələrinə şişirtmə borclar yazılır və sonra da xidmətdən məhrum etmək şantajı ilə bu "borc"lar onlardan alınır. Köçkünlərdən kommunal xidmət haqlarına görə qanunsuz məbləğlərin alınmasına necə son qoyula bilər. Problemdən çıxış yolu kimi kommunal xidmət haqlarına görə dövlətin ayırdığı kompensasiynın köçkünlərin özlərinə verilməsi təklif olunur.

İqtisadi Tədqiqatlar Mərkəzi isə enerji haqqı kimi məcburi köçkünlər üçün hesablanan vəsaitə uyğun enerjinin xüsusi kartlar vasitəsilə onların özlərinə verilməsini təklif edir. Belə olan halda istifadə olunmamış elektrik enerjisi dövlətin hesabına keçə və ondan daha səmərəli istifadə edilə bilər. Su və qazın pulunun da kartlar vasitəsilə abunəçiyə verilməsi və kommunal xidmət haqlarının onların özləri tərəfindən ödənilməsi mümkün sayılır. Mərkəzin digər təklifinə görə, məcburi köçkünlərin yaşayış yerlərinə elektrik enerjisi verən xətlərə kənar qoşulmalar ləğv edilməli və onlar fərdi qaydada sayğacla (kartla işləyən) təmin olunmalıdırlar. İqtisadi Tədqiqatlar Mərkəzitşt nümayəndəsi Rauf Qasımov bildirib ki, onların təklifləri qəbul olunarsa, bu, elektrik enerjisində qənaətə səbəb olar, köçkünlər ayrılan vəsaitin bir hissəsini isə digər problemlərinin həllinə yönəldərlər. İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, bir neçə ildir ki, məcburi köçkünlərin elektrik enerjisindən istifadəsinə limit tətbiq olunur. Limitdən artıq istifadə olunan elektrik enerjisinin pulunun məhs həmin şəxslər tərəfindən ödənilməsi tələb edilir. Mavi qazla bağlı belə məhdudiyyət indiyə qədər yox idi. Bu limit də 2009-cu il yanvarın 1-dən tətbiq olunmağa başladı: «Əlbəttə, əsas məqsəd elektrik enerjisi, su və mavi qazdan istifadə zamanı yol verilən israfçılığın qarşısını almaqdır. Çünki aidiyyəti dövlət qurumları tərəfindən aparılan reydlər zamanı bəzi neqativ faktlar aşkarlanıb. Bu faktlar az da olsa bəzi məcburi köçkün ailələrinin məskunlaşdığı yerlərdə var».

Müsahibimiz çıxış yolunun yalnız bütün qaçqın və məcburi köçkünlər üçün limit tətbiq etməkdən ibarət olmadığını deyib: «Əvvəla, problem ondadır ki, məcburi köçkünlərin bütün kommunal ödənişləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsi ilə həyata keçirilir. Bu qurum isə əsas işini il ərzində büdcədən ayrılan pulun «Azəriqaz», «Azərsu», «Bakıelektrikşəbəkə» kimi aidiyyəti xidmət qurumlarının hesablarına köçürməklə bitmiş hesab edir».

Q.İbadoğlunun fikrincə, yaxşı olardı ki, vəsait birbaşa elektrik enerjisi, su və ya qazı istehlak edən məcburi köçkünlərin özlərinə ödənilsin. Büdcə vəsaitləri məcburi köçkünlərin rəsmi təsdiq olunmuş sayına uyğun olaraq «Dövlətqaçqınkom»un büdcəsinə ayrılır: «Lakin unutmayaq ki, bir sıra hallarda sudan, qazdan və ya elektrik enerjisindən limitdə nəzərdə tutulandan az istifadə edilir. Həmçinin məcburi köçkünlərin məskunlaşdığı elə ərazilər var ki, oralara ümumiyyətlə qaz verilmir. Elektrik enerjisinin verilməsində problemlər var. Amma aydındır ki, dövlət büdcəsindən smeta tərtib edilən zaman və həmin xərclər proqnozlaşdırılan zaman bütün məcburi köçkünlərin ümumi sayı nəzərə alınır». İqtisadçı bildirir ki, burada kompensasiya prinsipi də həyata keçirilə bilər: «Bəzi insanlar limitdən də az elektrik enerjisi, su və qaz istifadə edirsə, istifadə olunmamış vəsaiti limitdən artıq kommunal xidmətdən istifadə edənin borcunun silinməsinə yönəltmək mümkündür. Bu baxımdan həmin xərcləri bir-birinə kompensasiya etmək əlavə narazılıq yaratmaz. Digər tərəfdən məcburi köçkünə istifadə etmədiyi kommunal xidmətə görə qalan vəsaiti ödəmək də mümkündür. Onun sözlərinə görə, bu onlarda qənaətcilik

psixologiyasının formalaşmasına təkan verər. Onu da nəzərə almaq lazımdır ki, heç bir halda məcburi köçkünlərin sərfiyyatına yönəldilən vəsaitlər büdcədən ayrılan vəsaitlərdən çox ola bilməz».

Parlamentin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də məcburi köçkünlərin mənzil-kommunal xidmətlərdən istifadə zamanı limitin tətbiq olunmasını narahatçılıqla qarşıladığını etiraf edii. Onun sözlərinə görə, bu məsələdə ünvanlılıq prinsipi gözlənilməlidir: «Etiraf edək ki, elə məcburi köçkün ailəsi var ki, onlar yerli sakinlərdən qat-qat artıq imkanlara malikdir. Onun üçün xidmət haqqını köçürmək elə də çətin deyil. Amma imkansız köçkün ailələri istisnalıq təşkil etməlidir. Çünki əlavə qazanc imkanları məhduddur. Onların da imkanlı şəxslərə bərabər tutulub, eyni limit tətbiq olunması arzuolunmaz nəticələrə yol açır».

Müsahibimiz məcburi köçkünlərlə bağlı işlərin Nazirlər Kabinetinin qərar və sərəncamları ilə tənzimləndiyini əsas gətirib, parlamentdə ayrıca qanun qəbul edilməsini düzgün saymır: «Lakin problemin həlli üçün alternativ variant da var. Məsələn, limit daxilində olan vəsaitləri məcburi köçkünlərin hesabına köçürmək olar. Nəzərə alsaq ki, məcburi köçkünlərin hər birinin kartları var, onlar özləri birbaşa istifadə etdikləri elektrik enerjisi, su və qaza görə ödənişi həyata keçirə bilər. Bu onların həmin vəsaitlərdən qənaətlə istifadəsinə imkan yaradar. Nəticədə vətəndaşlar tərəfindən elektrik enerjisi, su və mavi yanacaqdan israfçılıqla istifadənin qarşısı da alınar». Burada maraqlı məqam ortaya çıxır. Məcburi köçkünlər bu halda kommunal xidmətlərə görə, ödəmələrdən qaçmaz ki? Mümkündür, amma hər hansı məcburi köçkün ödəmələri həyata keçirməzsə, növbəti ay onun hesabına pul köçürmələri dayandırıla və ona xidmətlər göstərilməyə bilər. Bunu isə heç bir məcburi köçkün istəməz.

Göründüyü kimi, problemin həlli üçün bir sıra təkliflər var. Bizcə, ən yaxşı variant limitə görə müəyyənləşdirilmiş vəsaitin məcburi köçkünlərin hesabına köçürülməsidir. Belə olan halda, onlar elektrik enerjisi, su və qazdan qənaətlə istifadə edər və qalan pulu həyat şəraitlərini yaxşılaşdırmaq üçün digər istiqamətlərə yönəltmək imkanı qazanar.

 

Pünhan ƏFƏNDİYEV

 

(Yazı “Üç nöqtə” qəzetinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin  İnkişafına Dövlər Dəstəyi Fondunun maliyyəsi ilə icra etdiyi layihə əsasında hazırlanıb) 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20 Bankların kredit qoyuluşları azalıb 31 May 2020, 18:04 Şamaxı Rayon Ağsaqqalları Prezidentə müraciət etdilər 31 May 2020, 17:58 Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi 31 May 2020, 17:52 Fındıqda aflatoksin təhlükəsi   31 May 2020, 17:46 Nazirlik yoxlama apardı - 744 obyektdə nöqsan aşkarlandı: “OBA market, “Park restoran”, “Şeyx dönər”, “Qoç ət”… 31 May 2020, 17:40