Arxiv
2 Oktyabr 2009, 10:49 | ÖLKƏ
Sentyabr ayında Azərbaycanda 31 nəfər intihar edib

MODERN.AZ ÖLKƏDƏ QEYDƏ ALINAN ÖZÜNƏQƏSD HADİSƏLƏRİNİN STATİSTİKASINI APARIB  

Dünyanın bəzi ölkələrində olduğu kimi, Azərbaycanda da intihar edənlərin sayı artmaqdadır. Dövlət Statistika Komitəsi, Səhiyyə və Daxili İşlər nazirlikləri, Respublika Prokurorluğundan intiharlarla bağlı statistik məlumat almaq mümkün olmayıb. Həmin qurumlardan intiharların rəsmi statistikasının aparılmadığı bildirilib. Modern.az 2009-cu ilin sentyabr ayı ərzində mətbuatın intihar edənlərlə bağlı məlumatları əsasında hesablama aparıb. Qeyd edək ki, bu intihar hadisələri hüquq-mühafizə orqanları tərəfindən də təsdiqlənib. Bir ayın özünəqəsd hadisələri Monitorinq nəticəsində məlum olub ki, ötən bir ay ərzində ölkənin muxtəlif regionlarında 31 nəfər ozunə qəsd edib. Onların 21-i kişi, 7-si qadın, 3-ü uşaqlardır. Intihar edən kişilərdən 3 nəfərinin yaşı 60-dan yuxarı olub. Apardığımız monitorinqin nəticələrinə görə, sentyabrda intihar edənlər arasında 1 hərbci də var. Mudafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Tofiq Əliyev postda avtomatla özünü öldürüb.  Sentyabrda iki məktəblinin intiharı da qeydə alınıb. Binəqədi rayonunda 13 yaşlı Suleyman Kərimov, Agcabədidə isə 16 yaşlı Leyla Isayeva özlərini asıblar. Ötən ay Naxçıvan MR Sərur rayon sakini olan 37 yaşlı bir kişi yaşadığı yerdən uzaqda-Abseron rayonunda özünü asıb. Masallı rayonundan olan bir qadın isə Lənkəranda özünü dənizə atıb. Sentyabrda özünə qəsd edənlərin iki nəfəri II qrup əlil olub. Bu intiharlardan biri Əzizbəyov, digəri isə Kürdəmir rayonunda qeydə alınıb. Sentyabrda qeydə alınan intihar faktlarının 4-ü ölkənin şimal-qərb bölgəsində (2-si Şəkidə) baş verib. Qəbələ və Balakən rayonlarının hərəsində bir nəfər özünə qəsd edib. İki intihar hadisəsi şimal bölgəsində baş verib. Sentyabr ayında ölkənin müxtəlif bölgələrində 10 nəfər intihara cəhd etsə də, valideynləri və yaxınlarının vasitəsilə bunun qarşısı alınıb.

Ötən səkkiz ayın statistikası

İndi isə bu ilin yanvar-avqust aylarında qeydə alınan intihar hadisələrinin statistikasına diqqət yetirək. Aparılan monitorinqin nəticəsi göstərir ki, 2009-cu ilin səkkiz ayında 204 nəfər intihar edibsə, doqquzuncu ayın sonunda özünə qəsd edənlərin sayı 235 nəfərə çatıb. Səkkiz ayda intihar edənlərin 134 nəfəri kişi, 49 nəfəri qadın olub. Yanvar-avqust aylarında intihar edənlərin 5 nəfəri hərbci olub. Səkkiz ay ərzində 21 nəfər uşaq və yeniyetmə də muxtəlif vasitələrlə intihar edib. Bölgələr arasında isə ən cox özünəqəsd hadisəsi Səmkir rayonunda (3 nəfər) qeydə alınıb. Yanvar-avqust aylarında 5 uşaq və yeniyetmə Bakıda intihar edib, Lənkəran və Kürdəmir rayonlarının hərəsində isə 2 azyaşlı özünü asıb. Səkkiz ayda intihar edənlərin on nəfərinin yaşı 60-dan yuxarı olub. Onların 6 nəfəri qadındır. Hesabat dövründə Azərbyacanda rus milliyətindən olan 3 qadın, 4 kişi özünə qəsd edib. Həmin muddətdə iki Gürcüstan vətəndaşı olan azərbaycanlı da Bakıda öz həyatlarına son qoyub. Sentyabr-avqust aylarında Bakının müxtəlif rayonlarında intihar edənlərin 63-ü kişi, 19-u qadın olub. Bu müddətdə şimal-qərb bölgəsində 16 nəfər intihar edib. Onların 7-si kişi, 2-si qadın olub. Bu bölgədə ən çox özünəqəsd hadisəsi Şəki rayonunda (7 nəfər) qeydə alınıb. Qərb bölgəsində isə 14 intihar hadisəsi baş verib. Bu bölgədə ən çox özünəqəsd faktı Gəncə şəhərində (9 nəfər-6 kişi, 3 qadın) qeydə alınıb. Cənub bölgəsində 9, şimal bölgəsində isə 7 intihar faktı rəsmən təsdiqlənib. Bu ilin səkkiz ayında Sumqayıt şəhərində 13 nəfər müxtəlif vasitələrlə öz həyatına qəsd edib. Onların 7-si kişi, qalanı qadındır.

2008-ci il üzrə qeydə alınan faktlar Rəsmi mənbələrin yaydığı məlumatlara əsaslanaraq qeyd etmək olar ki, 2008-ci ildə Azərbaycanda 164 kişi, 57 qadın intihar edib. Otən il 20 nəfər uşaq və yeniyetmə də üzünəqəsd nəticəsində dünyasını dəyişib. Adəm

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xorvatiya mətbuatında Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunur - Səfir 23 Oktyabr 2020, 09:52 Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF 23 Oktyabr 2020, 09:46 Bakıda iki nəfər köməksiz qaldı 23 Oktyabr 2020, 09:40 Azərbaycanın meşə sahəsinin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir 23 Oktyabr 2020, 09:34 “Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03