Modern.az

Türkiyədə üç ay ərzində 30 min 773 ailə boşanıb

Türkiyədə üç ay ərzində 30 min 773 ailə boşanıb

2 İyul 2010, 12:01

Modern.az türk mətbuatına istinadla xəbər verir ki, rəsmi statistikaya görə, Türkiyədə boşananların sayı evlənənlərin sayından dəfələrlə çoxdur. Türkiyə Statistika Təşkilatı Mərkəzi Əhali İdarəsi Sisteminə istinadla 2010-cu ilin ilk üç ayına aid evlənmə və boşanma statistikasını nəşr edib. Statistikaya görə, bu ilin ilk üç ayında Türkiyədə 96 min 841 cütlük evlənib, 30 min 773 cütlük isə boşanıb. Keçən ilə görə evlənmə 9,9 faiz azalarkən, boşanma sayı 4, 8 faiz artıb.

Evlənmə sayında ən böyük eniş Cənub-şərq Anadolu bölgəsində qeydə alınıb. Onu Şimal-şərq Anadolu izləyir. İlk üç ayda evlilik sayı yalnız Qaradəniz bölgəsində artıb.

İlin ilk üç ayında boşanmalarda öndə gedən Şərqi Mərmərə bölgəsidir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır